Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-196/2026 19.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Şəxs X2 (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi tərəfindən araşdırma aparılmış və 09 oktyabr 2025-ci il tarixdə Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN:**********) direktoru X4 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozaraq Zərərçəkmiş şəxs xidmətə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan idarənin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X1 direktoru X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Hadisə ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs xidməti müqavilə əsasında işə götürülməsi nəzərdə tutulmuş, lakin sonuncudan müəyyən sənədlər tələb edildiyi üçün o bundan qəzəblənərək əsassız olaraq xidmətə zəng edərək şikayət etmişdir. Ona görə də MMC tərəfindən Zərərçəkmiş şəxs heç bir işin yerinə yetirilməsinə və xidmətlər göstərilməsinə cəlb edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o Şəxs MMC-də müfəttiş vəzifəsində işləyir. Hazırkı protokola münasibətdə isə qeyd edir ki, MMC-nin direktoru ilə aralarında yaranmış narazılığa görə əsəbləşmiş və MMC barəsində müqaviləsiz xidmət göstərilməsinə cəlb edildiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Bakı şəhər İdarəsinə öz şikayətini bildirmiş və həmin gün şikayətini geri götürmüşdür. Əlavə olaraq bildirir ki, MMC tərəfindən müqavilə olmadan onun hər hansı işə cəlb edilməsi halı olmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Bakı şəhər İdarəsində toplanmış materiallar məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Bakı şəhər İdarəsinin müraciətinə "xxxx" MMC tərəfindən 04 avqust 2025-ci il tarixdə cavab məktubdan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" MMC ilə əmək müqaviləsi ilə deyil xidməti müqavilə əsasında çalışdığı bildirilmişdir; “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinin müfəttişi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktorunun izahatını dinləyib, sənədləri tədqiq edib, aşağıda qeyd olunan maddi normalara əsaslanıb belə hesab edir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X3 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinin müfəttişi tərəfindən hüquqi şəxs Şəxs MMC tərəfindən X5 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində İXM-in 192.1-ci maddəsilə inzibati icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndində əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; 7-ci maddəsinin 2-3-cü bəndinə görə aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Göründüyü kimi əmək qanunvericiliyi mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən halların dairəsini müəyyən etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinin Bakı şəhər İdarəsinin müfəttişi tərəfindən tərtib edilmiş protokolda işəgötürən Şəxs MMC-nin Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinin pozularaq işə, xidmətə cəlb edildiyi müəyyən edildiyi qeyd olunsada protokola buna dair hər hansı sübut təqdim edilməmiş, yalnız Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinin Bakı şəhər İdarəsinə ünvanlamış məktubunu sübut kimi təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinin Bakı şəhər İdarəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxs Şəxs MMC-nin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə kifayət qədər sübutlar məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında başlanmış icraata xitam verilməlidir. Müfəttişliyə müraciət edildiyi vaxtdan 3 aya yaxın müddət keçmiş və həmin müddət ərzində təqsirin sübuta yetirilməsi üçün kifayət edəcək sübutların əldə edilməsi mümkün olduğu halda orqan bunu etməmiş və natamam araşdırma aparmışdır. Həmçinin şirkətin nümayəndəsinin aparılmış araşdırmada iştirakı təmin olunmamışdır. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə bağlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kazım Vəliyev
Məhkəmə qərarları › İş №3(5-122)-196/2026
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-196/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver