Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(5-122)-203/2026 22.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında işin baxılmağa hazırlanmasına dair) Goranboy Rayon Məhkəməsinin hakimi Vəliyev Kazım İntiqam oğlu, Şəxs barəsində toplanmış Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək məhkəmə hesab edir ki, bu işin baxılması Goranboy Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 və 510-cu maddələri ilə Goranboy Rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında materiallar daxil olmuş və 3(5-122)-202/2026 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtda törətdiyi bir neçə inzibati xəta ilə bağlı iki ayrı-ayrı inzibati materiallar 22 yanvar 2026-cı il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(5-122)-202/2026 və 3(5-122)-203/2026 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(5-122)-202/2025 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİM:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.
2. Məhkəmənin icraatında olan 3(5-122)-202/2026 və 3(5-122)-203/2026 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və 3(5-122)-202/2025 nömrə ilə davam etdirilsin.
3. İşə Goranboy Rayon Məhkəməsinin binasında dərhal baxılsın.
4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.
5. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.
Hakim Kazım Vəliyev