Məhkəmə qərarları › İş №3(5-122)-205/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-205/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-205/2026 23.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X18 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Goranboy rayonu, Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 23 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli 23 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 23 yanvar 2026-cı il tarixdə, saat 00:15 radələrində Goranboy şəhər H. Əliyev prospektində yerləşən idman kompleksində, ictimai yerdə ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 00:15 radələrində Goranboy şəhərində PPXB-nün polis nəfərləri X6 və X10 xidmətdə olarkən adı onlara sonradan məlum olan Goranboy rayon Balakürd kənd sakini Şəxs Goranboy şəhəri H. Əliyev prospektində yerləşən İdman kompleksində sərxoş vəziyyətdə ucadan ünvanlı-ünvansız söyüşlər söyərək səs-küy salmasını görmüşlər. Şəxs yaxınlaşaraq özlərini təqdim emişlər və sonuncunu səs-küy salmamağa, nizam-intizamlı olmağa kənar şəxlərin narahat etməməyə dəvət etsələr də Şəxs onların qanuni tələbinə məhəl qoymayaraq onlara və ətrafa qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra həmin şəxs Goranboy RPŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Bundan sonra təxminən saat 00:30 radələrində Şəxs şöbənin inzibati binasında sərxoş vəziyyətdə səs-küy salmağa, uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman inzibati binada xidmətdə olan İTB-nin sahnin polis nəfəri Elvin Abdullayev, XÜBİ-nin inspektoru Süleyman Hüseynov və YYÇPİTQ-nin baş inspektoru Vüqar Kərimli həmin şəxsi nizam-intizama dəvət edərək, Şəxs intizamlı olmağı və şöbənin iş rejimini pozmamağı bildirsələr də, həmin şəxs yenə də öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bununla da Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2026-cı il tarixdə dostu ilə birlikdə spirtli içki qəbul etmiş və Goranboy şəhərində yerləşən İdman Kompleksinə getmişdir. Orada olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və burada nə işlə məşğul olduğunu soruşmuşdur. Bu zaman o polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Sərxoş olduğu üçün və etdiyi hərəkətləri dərk edə bilmədiyi üçün uca səslə səs küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu sakitləşməyə çalışsalar da o polisin tələbinə tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etmişdir. Əməlindən çox peşmandır, ona görə də, məhkəmədən barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X7 bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 00:15 radələrində Goranboy şəhərində PPXB-nün polis nəfəri X11 ilə birlikdə xidmətdə olarkən adı onlara sonradan məlum olan Goranboy rayon Balakürd kənd sakini Şəxs şəhər kompleksində sərxoş vəziyyətdə ucadan ünvanlı-ünvansız söyüşlər söyərək səs-küy salması tərəfindən aşkar olunmuşdur. Onlar Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncunu səs-küy salmamağa, nizam-intizamlı olmağa, kənar şəxləri narahat etməməyə dəvət etsələr də Şəxs onların qanuni tələbinə məhəl qoymayaraq onlara və ətrafa qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra həmin şəxs tərəfindən Goranboy RPŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 iş üzrə digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru X9 bildirdi ki, xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək şöbənin inzivati binasında NH-nin məsul növbətçisi vəzifəsində xidmətdə olarkən məişət səs-küyü və polisin qanuni tələbinə tabe olmayan Goranboy rayon, Balakürd kənd sakini Şəxs sərxoş vəziyyətdə gətirildi. Həmin şəxs şöbənin inzibati binasında ucadan səs-küy salaraq özünü ətrafa çırpmış və o həmin şəxsi sakit olmağa özünə xəsarət yetirməməyə iş rejimini pozmamağa, özünü nizam-intizamlı aparmağa dəvət etmişdir. Lakin, Şəxs onların qanuni tələbinə məhəl qoymayaraq onlara qarşı nalayiq ifadələr işlədərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 iş üzrə digər şahid X4 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Malik Rəhimov və Camal Nağdaliyev tərəfindən rəhbərliyə ünvanlanmış 23 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 00:15 radələrində Goranboy şəhərində PPXB-nün polis nəfəri X11 ilə birlikdə xidmətdə olarkən adı onlara sonradan məlum olan Goranboy rayon Balakürd kənd sakini Şəxs şəhər kompleksində sərxoş vəziyyətdə ucadan ünvanlıünvansız söyüşlər söyərək səs-küy salması tərəfindən aşkar olunmuşdur. Onlar Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncunu səs-küy salmamağa, nizam-intizamlı olmağa, kənar şəxləri narahat etməməyə dəvət etsələr də Şəxs onların qanuni tələbinə məhəl qoymayaraq onlara və ətrafa qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra həmin şəxs tərəfindən Goranboy RPŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Odur ki, Şəxs barəsində qanunu tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Goranboy RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru Vüqar Kərimli, İTB-nin XÜBİ-nin polis kapitanı Süleyman Hüseynov və İTB-nin sahənin polis nəfəri Elvin Abdullayev tərəfindən rəhbərliyə ünvanlanmış 23 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək Goranboy RPŞ-nin məsul nöcbətçisi vəzifəsinin müvəqqəti icrası ilə bağlı xidmətdə olarkən gecə saat 00:30 radələrində məişət səs-küyü və polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması ilə bağlı gətirilən Goranboy rayon, Balakürd kənd sakini Şəxs şöbənin inzibati binasında sərxoş vəziyyətdə səs-küy salmağa, uca səslə ünvanlı-ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman inzibati binada xidmətdə olan İTB-nin sahənin polis nəfəri Elvin Abdullayev və inzibati binada olan İTB-nin XÜB-nin inspektoru Süleyman Hüseynov ilə birlikdə həmin şəxsi nizam-intizama dəvət edərək, Şəxs intizamlı olmağı və inzibati binanın iş rejimini pozmamağı bildirsələr də, həmin şəxs yenədə öz qanunsuz hərəkətlərini davam etdirmiş və onların qanuni tələbinə məhəl qoymamışdır. Odur ki, Şəxs barəsində qanunu tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” 23 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:15-də inzibati qaydada tutulmuşdur; xx.xx.2026-cı il tarixli, 50 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli (0,063%) sərxoş olmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 23 yanvar 2026-cı il tarixdə Goranboy şəhəri H. Əliyev prospektində və Goranboy RPŞ-nin inzibati binasında uca səslə kobud ifadələr işlədərək ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2026-cı il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaları sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43 VƏ 114-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 yanvar 2026-cı il tarixdən, saat 01:15-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar