Məhkəmə qərarları › İş №3(5-122)-611/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-611/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-611/2026 26.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Fiziki şəxs Şəxs 17 noyabr 2025-ci il tarixdə X9 yasqlığında ov etmək qaydalarını kobud şəkildə pozaraq lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə) əlində atəşə hazır vəziyyətdə olan ov tüfəngi ilə ördək vurmaq üçün X9 Yasaqlığının ərazisində olan gölün ətrafında gəzməklə qanunsuz olaraq ov etmək məqsədi güdmüş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Goranboy rayon prokuroru, baş ədliyyə müşaviri Kamran Məmmədov tərəfindən 26- 1-2-2-417-0001 nömrəli material üzrə qəbul edilmiş 04 fevral 2026-cı il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qərar və material baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Goranboy rayon prokurorluğunun nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Goranboy rayon prokuroru, baş ədliyyə müşaviri Kamran Məmmədov tərəfindən 26-1-2-2-417-0001 nömrəli material üzrə qəbul edilmiş 04 fevral 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qərar və material baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Goranboy rayon prokurorunun köməkçisi kiçik ədliyyə müşaviri Nəriman Mustafayevin 30 yanvar 2026-cı il tarixli təqdim edilmiş şəkillərə baxış aparılması və götürülməsi haqqında protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, şəkillərdən birində iki şəxs əks olunmuşdur, həmin şəxslərdən əyinində qara rəngli gödəkçə olan şəxsin çiynində tüfəng asılmışdır, digər şəkildə isə birinci şəkildə əks olunan iki şəxsdən əlavə avtomobilin içərisində sürücü tərəfdə başqa bir şəxs də vardır, həmin şəkildə də əynində qara rəngli gödəkçə olan şəxsin çiynindən tüfəng asıldığı görünür, baxış zamanı iştirak edən Əli Rəsulov şəkillərdə çiynində silah asılan şəxsin Şəxs, digər şəxsin iş yoldaşı X3, avtomobildə olan şəxsin isə X4 olduğunu bildirdi. İş materiallarında olan 30 yanvar 2026-cı il tarixli Şəxs izahatından görünür ki, o, Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən avtomobil təmiri sexində motor ustası işləyir. 2025-ci ilin oktyabr ayında avtomobil təmir edərkən əli yaralandığından bir müddət işləyə bilməmişdir. Boş vaxtının olması səbəbindən dostu X4nun Goranboy rayonu, Qurbanzadə kəndində olan fermasına gedib orada onunla biraz vaxt keçirmişdir. Orada göl olduğuna və göldə örədklər olduğundan özünə məxsus olan və sexdə saxladığı “TOZ” markalı tək lülə ov tüfəngini götürüb ov evib vaxtını keçirsin. Bu səbəbdən 17 noyabr 2025-ci il tarixdə səhər saatlarında sexdən tüfəngini də götürmüş, özünə məxsus “VAZ” 2106 markalı **-BA-*** nömrəli avtomobilinə qoyub yola düşmüşdür. X9 Yasaqlığının yaxınlığında dostu Şabanın fermasına gedib orada onunla görüşüb söhbət etmişdir. Bir az vaxt keçdikdən sonra təxminən saat 09:30 radələrində ördək vurmaq üçün tüfəngi maşınından götürüb çiyninə asıb gölün yanına getmişdir. Bu zaman göldə ördəklərin olduğunu görmüşdür. Bu zaman iki nəfər xüsusi geyimdə olan şəxslər onun yanına yaxınlaşmışlar. X6 Təbiət Yasaqlığının işçiləri kimi təqdim etmiş və mənə burada ov etməyin qadağan olduğunu bildirmişlər. O isə öz növbəsində buraya ov üçün gəldiyini, lakin ov etmədiyini bildirmişdir. Daha sonra dostu Şaban da onların yanına gəlmiş sonuncu da onun ov etmədiyini bildirmişdir. Bu zaman işçilərdən biri onun şəklini çəkmiş və bu zaman dostu Şabanla işçi arasında mübahisə yaranmış və onlar yaxalaşmışlar. Daha sonra o, Şaban və işçini aralaşdırmış və Şabanla avtomobilinə əyləşərək ərazini tərk etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, əraziyə ov etmək üçün gəlsələrdə, lakin onlar atəş açmamışdır. İş materiallarında olan 30 yanvar 2026-cı il tarixli X5 izahatından görünür ki, o, 2015ci ildən X9 Qoruğunun tabeliyində olan X2 sahə müfəttişi vəzifəsində çalışır. Onun işi yasaqlığın mühafizəsini təşkil etməkdən, orada qanunsuz olaraq ov edilməsinin, ağacların kəsilməsinin, yaşıllıqların məhv edilməsinin qarşısını almaqdan ibarətdir. Tabeliyində 4 nəfər mühafizə yegeri vardır. 17 noyabr 2025-ci ildə, saat 09:30 radələrində X9 Yasaqlığının mühafizə yegeri X3 ilə xidməti ərazidə mühafizənin təşkili məqsədilə gəzərkən yasaqlıq ərazisində göl tərəfdən atəş səsi eşitmiş, dərhal oraya getdikdə bir şəxsin ov etməyə çalışdığını görmüşlər. O, gölün kənarında dayanmış, ördək vurmaq istəmişdir. Onun əlində beşaçılan ov tüfəngi olmuşdur. Həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etdikdən sonra ondan kim olmasını soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Şəxs olduğunu bildirmişdir. Ondan nə etdiyini soruşmuş, o ov etdiyini bildirmişdir. Ona burada ov etməyin qadağan edildiyini bildirmiş və ona inzibati xəta haqqında protokoç tərtib ediləcəyini bildirmişlər. Həmin şəxs inzibati xətanı törətdiyini etiraf etmiş və protokol tərtib edilməsinə etiraz etmədiyini bildirmişdir. Bu zaman yaxınlıqda qoyun ferması olan X4 onların yanına gəlmiş və Emilin dostu olduğunu, ona buraya özünün gətirdiyini bildirmiş, “müəllim, Sizin əlinizdən burda ov edə bilməyəcəyik biz” dedi. Bundan sonra Şaban və Emil oradan uzaqlaşmaq istəmiş, o ov etmək istəyən şəxsin telefonla şəklini çəkmişdir. O şəkli çəkdikdən sonra Şaban nalayiq ifadə işlədərək ona yaxınlaşmış və yaxasından tutaraq dartmışdır. Həmin vaxt Sadiq və Emil onları aralaşdırmış daha sonra Şaban və Emil avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, yasaqlığa girişin məhdudlaşdırılmadığını, girişə icazənin olduğunu, orada fermerlərin təsərrüfatı olmasının da qadağan edilmədiyini bildirmişdir. Şəxs həmin vaxt silahdan atəş açdığını, lakin ördək vura bilmədiyini bildirmişdir. İş materiallarında olan 30 yanvar 2026-cı il tarixli X1 da izahatı X5 izahatı ilə eyni məzmunlu olduğu müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, Şəxs çiynində silah vardır və avtomobilin idarəetmə sükanında bir nəfər şəxs əyləşmişdir. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 3(045)-2878/2025 saylı, 07 yanvar 2026-cı il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, həmçinin Goranboy RPŞ-də maddi sübutlar otağında dəmir seyfdə saxlanılan 01 (bir) ədəd, KC-65253 nömrəli silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində “İjevsk” silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-17 modelli, çamxaqlı, hamar tək lüləli ov tüfəngi müsadirə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsinə əsasən “Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır”. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Goranboy rayon prokuroru, baş ədliyyə müşaviri kamran Məmmədov tərəfindən 1-2-2- 417-0001 nömrəli material üzrə qəbul edilmiş 04 fevral 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, qərara əlavə edilmiş sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş materiallarına əlavə edilmiş etirafedici izahatı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 3(045)-2878/2025 saylı, 07 yanvar 2026-cı il tarixli qanuni qüvvəsini almış qərarı ilə Goranboy RPŞ-də maddi sübutlar otağında dəmir seyfdə saxlanılan 01 (bir) ədəd, KC-65253 nömrəli silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində “İjevsk” silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-17 modelli, çamxaqlı, hamar tək lüləli ov tüfəngi artıq müsadirə edildiyindən hazırkı iş üzrə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi barədə əlavə inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsasları aradan qalxmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 272-1ci maddəsinin tərkibi var, o, həmin maddədə göstərilən əməlləri törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən "fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən "inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır”. Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 272-1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Goranboy Rayon Məhkəməsinin 3(045)-2878/2025 saylı, 07 yanvar 2026-cı il tarixli qanuni qüvvəsini almış qərarı nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar