Məhkəmə qərarları › İş №3(5-122)-823/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-823/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-823/2026 18.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Krasnisuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kəlbəcər şəhəri, Q.Nəbi küçəsi ev 60-da qeydiyyatda olan, Goranboy rayonu X13 ev 1, mənzil 15 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 17 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 17 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 17 fevral 2026-cı il tarixdə, saat 00:20 radələrində Goranboy rayonu X13 ərazisində və Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, Goranboy RPŞ-nin İTB-nin XÜ-nün baş inspektoru Süleyman Hüseynovun, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Elvin Hüseynzadənin, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Həziyevin və Goranboy RPŞ-nin İTB-nin sahə rəisi Aqşin İbrahimovun raportu əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin Goranboy rayonu, X13 ev 1, mənzil 15 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.1, 535 və 206-cı maddələrinin əlamətləri müəyyən olunduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1, 535 və 206-cı maddələri ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Şəxs hərəkətlərində İXM-in 510.1 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokollar tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 510.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 17 fevral 2026-cı il tarixdə qardaşı Nicat Ələkbərovla 00:20 radələrində Goranboy rayonunda yerləşən, vətəndaş X3 işlədiyi meyvə satışı mağazasına getmiş, orada olan zaman sonuncu ilə qardaşı arasında spirtli içkini nəyə görə nisyə vermədiyini soruşduqda mübahisə yaranmışdır, mübahisə zamanı qardaşı Rəşad Abdullayevi vurmuş, daha sonra çıxıb öz evlərinə getmişlər. Daha sonra evdə olan zaman polis avtomobillərinin sayrışan ışıqların pəncərədən gördüklərinə görə mənzilin qapısını açaraq qardaşı könüllü olaraq dəhlizə çıxmışdır. Daha sonra polis əməkdaşları ilə qardaşının arasında mübahisə yarandığını eşitmiş və dəhlizə çıxan zaman anasın da orada olduğunu görmüşdür. Polis əməkdaşlarının anasını itələdikləri görmüş və müdaxilə etməyə çalışmış və bu zaman səsküy yaranmışdır. Lakin onları polis əməkdaşları onu və ya qardaşını polis şöbəsinə dəvət etməmişdir. Hazırda etdiyi əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahə rəisi X7 bildirdi ki, 17 fevral 2026-cı il tarixdə 102 məlumatı verildiyi üçün ilkin olaraq vətəndaş X3 mağazasına yaxınlaşmış daha sonra isə Şəxs yaşadığı mənzilə getmişlər. Daha sonra binanın 5-ci mərtəbəsinə qalxan zaman pilləkənlərdə Şəxs ilə rastlaşmış, bu zaman sonuncu səs-küy salaraq nəyə görə gəldiklərini, ünvanlı-ünvansı nalayiq ifadələr işlətmiş. Daha sonra qardaşı Nicat Ələkbərovda dəhlizə çıxaraq mübahisəyə qarışmışdır. O, polis əməkdaşları X8 və X6 ilə birlikdə Ələkbərov Nicatı və Şəxs tutaraq Goranboy RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Nicat Ələkbərovu və Şəxs zəng və ya digər vasitə ilə şöbəyə dəvət etməmişlər. İlkin olaraq Şəxs ilə binanın 4-cü mərtəbəsində pilləkənlərdə rastlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 və Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X8 iş üzrə digər şahid X4 izahatına oxşar izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 fevral 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 510.1 və 535-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 fevral 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlu barəsində İXM-in 510.1 və 535-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 17 fevral 2026-cı il tarixli, 803 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə istifadə etməsi aşkar edilməmişdir; Məhkəmə, Şəxs İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510.1ci maddəsi ilə tövsif edilmişdir. Lakin o İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, o polis əməkdaşları tərəfindən şöbəyə rəsmi qaydada və ya telefon vasitəsi ilə dəvət edilməmişdir. Hətta polis əməkdaşlarının onları mənzilinə gəldiyini bildiyi və qardaşı ilə mübahisə etdiyini bildiyi üçün onlara yaxınlaşmışdır. Onun İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirildiyinə görə Şəxs həmin maddə də nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs 17 fevral 2026-cı tarixdə Goranboy şəhəri, X13ndə və RPŞ-də polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmamasına dair inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 17 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokolun İXM-in 535.1ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 17 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar