Məhkəmə qərarları › İş №3(5-122)-840/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-840/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Goranboy rayonu İş № 3(5-122)-840/2026 05.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSI Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun sürücülük hüququ 2026-cı ilin fevral ayından məhdudlaşdırılmışdır. Qərardan görünür ki, o, ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli qərar ilə 400 manat məbləğində cərimə edilmişdir. “VAZ 21240” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Lakin cərimənin onun adına yazılmasından heç bir məlumatı olmamış və ona hər hansı bir bildiriş göndərilməmişdir. Məlumat almağa çalışsada ona SMS vasitəilə göndəriləcəyi bildirilmişdir. Lakin ona məxsus telefon smartfon deyildir. Özü birinci Qarabağ müharibəsində iştirak etmiş və hazırda müharibə veteranıdır və bununla bağlı təqaüd alır. Onun tərəfindən avtomobil idarə edilsədə onun barəsində olan İXM-nin 328-ci maddəsi ilə təqsirli bilindiyi qərarla razı deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin nümayəndəsi və şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin nümayəndəsinin və şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “VAZ 212140” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## ###### 2026-cı il tarixdə, saat 11:51-də Goranboy rayonu Goran-Ağcakənd yolu, Səfikürd kənd ərazi dairəsinin Goranboy istiqamətində müəyyən edilmiş hərəkət sürəti 16 km/saat həddində aşılmışdır. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Goranboy RPŞ tərəfindən verilmiş ## #### 2010-cu il tarixli, AZE seriyalı, 07168269 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 1956-cı il tarixdə Goranboy rayonu, Safıkürd kəndində anadan olmuş, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla yaşayır; Goranboy rayon Hərbi komissarlığı tərəfindən verilmiş 076543 nörməsli vəsiqədən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) müharibə veteranıdır; Məhkəmənin təşəbbüsü ilə iş materiallarına əlavə edilmiş: Goranboy Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir; Goranboy Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir; Hüquqi əsaslandırma: İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi hazırkı halda Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə inzibati məsuliyyətin əsaslarını pozmuşdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən sürücülük hüququnun məhdudlaşdırılmasına dair inzibati xəta haqqında protokollar ## ###### 2026-cı il tarixdə baxılması üçün aidiyyatı üzrə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan şikayət verən orqan (şəxs) sürücülük hüququnun məhdudlaşdırılmasına dair inzibati xəta haqqında protokollar məhkəməyə daxil olmuş, işlərə baxılması ## ###### 2026-cı il tarixə təyin edilmişdir. Goranboy Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı və *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Goranboy Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı və *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərarları ## #### 2026-cı il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törətmiş olduğu inzibati xəta yalnız Goranboy Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı və *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarları qanuni qüvvəsini qaldıqdan sonra törədiləcəyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilə bilərdi. Hazırkı iş üzrə Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı ## ###### 2026-cı il tarixdə törətməsi onun əməlinin İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə tövsif edilməsini istisna edir. Deməli Qərardan şikayət verən orqan (şəxs) əməlində yalnız İXM-in 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan inzibati xəta mövcud olmuşdur. Məhkəmə şikayət vermiş şəxsin digər tələbinə, yəni iş üzrə icraata xitam verilməsinə dair hissədə qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi “VAZ 21240” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## ###### 2026-cı il tarixdə, saat 11:51-də Goranboy rayonu Goran- Ağcakənd yolu, Səfikürd kənd ərazi dairəsinin Goranboy istiqamətində müəyyən edilmiş hərəkət sürəti 16 km/saat həddində aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Yəni xüsusi texniki vasitənin köməyi ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi aşkardır. Bu səbəbdən də şikayətin iş üzrə icraata xitam verilməsi hissəsində məhkəmə şikayəti əsassız hesab edir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar