Məhkəmə qərarları › İş №3(5-122)-929/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-929/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-929/2026 26.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.2004-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Xınalı kəndində yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X10 tərəfindən X5 barəsində İXM-in 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 26 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, X5 18 dekabr 2025-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində “lot.maqa” adlı istifadəçi adı ilə Goranboy rayon, Veysli kənd sakini X8nu nalayiq ifadələrlə təhqir etmişdir. Nəticədə, X5 İXM-in 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, ünvan 2ni vətəndaş X1 RPŞ-nə müraciət edərək, “Tik-tok” sosial şəbəkəsində “Lot.maqa” adlı profil sahibinin onu təhqir etdiyini bildirmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X8 2025-c ilin oktyabr ayında həmkəndlisi Əsəd adlı şəxsin ondan borc istəməsi səbəbindən ona 800 manat borca pul vermiş, lakin Əsəd adlı şəxs borcunu hazırkı günədək ona qaytarmamışdır. Elşad ismayılov 18 dekabr 2025-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində “lot.maqa” adlı profil sahibini canlı yayımına daxil olmuş, həmin vaxt “Lot.maqa” profil sahibi X5 “gəldi Veysli peysəri” və digər nalayiq ifadələr işlətmiş və bu səbəbdən də Elşad İsmayılov DİN-nin 102 xidmətinə zəng edərək məsələnin araşdırılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq X5 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü İXM-in 510.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun “ Tik-tok” sosial şəbəkəsində “ lot.maqa” adlı istifadəçi hesabı vardır. O, həmin sosial şəbəkədə canlı yayım zamanı dəqiq xatırlamadığı tarixdə nalayiq ifadə işlətmişdir. O, işlətmiş olduğu həmin ifadələrin ictimai davranış qaydalarına zidd olduğunu sonadan dərk etmiş və qeyd olunan əməl onun tərəfindən düşünülməmiş şəkildə törədilmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Orxan Həziyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlamış 28 dekabr 2025-ci il tarixli raportdan görünür ki, ünvan 2ni vətəndaş X1 RPŞ-nə müraciət edərək, “Tik-tok” sosial şəbəkəsində “Lot.maqa” adlı profil sahibinin onu təhqir etdiyini bildirmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X8 2025-ci ilin oktyabr ayında həmkəndlisi Əsəd adlı şəxsin ondan borc istəməsi səbəbindən ona 800 manat borca pul vermiş, lakin Əsəd adlı şəxs borcunu hazırkı günədək ona qaytarmamışdır. Elşad İsmayılov 18 dekabr 2025-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində “lot.maqa” adlı profil sahibini canlı yayımına daxil olmuş, həmin vaxt “Lot.maqa” profil sahibi X5 “gəldi Veysli peysəri” və digər nalayiq ifadələr işlətmiş və bu səbəbdən də Elşad İsmayılov DİN-nin 102 xidmətinə zəng edərək məsələnin araşdırılmasını xahiş etmişdir; Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Orxan Həziyevin “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 28 dekabr 2025-ci il tarixli qərarından görünür ki, X4 müraciəti əsasında toplanılmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanılması rədd edilmiş, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir; “İnzibati xəta hqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında” 29 dekabr 2025-ci il tarixli qərardaddan görünür ki, Goranboy RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Orxan Həziyevin 28 dekabr 2025-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsinə əsasən X5 barəsində inzibati iş üzrə icraat açılmışdır; Məhkəmə iclasında CD diskə baxış keçirilməklə müəyyən edilmişdir ki, X5 bir neçə dəfə X4 ünvanına nalayiq ifadələr işlətmişdir; Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 İXM-in 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış özünün etirafedici ifadəsi, CD disklə sübuta yetdiyindən məhkəmə hesab edir ki, X5 İXM-in 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510.2-ci maddəsinin dispozisiyasından göründüyü kimi internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Məhkəmə iclasında tədqiq edilən CD diskdə olan video materiallardan də aydın olur ki, X5 internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əxlaqsız ifadələrin işlədilməsinə dair hərəkətlərə yol vermişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 18 dekabr 2025-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində “lot.maqa” adlı profil sahibini canlı yayımına daxil olan zaman “Lot.maqa” profil sahibi X5 “gəldi Veysli peysəri” və digər nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 törətdiyi əməli etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 38.3. maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən X5 barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, X5 İXM-in 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni X3 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 26 fevral 2026-cı il tarixdən 18:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar