Məhkəmə qərarları › İş №3(5-122)-997/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-997/2026

28.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-997/2026 28.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyaytda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Apellyasiya Məhkəməsinin 2-2(104)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli, Goranboy Rayon Məhkəməsinin e-2(045)-444/2025 saylı, xx.xx.2025-ci il tarixli, Goranboy Rayon Məhkəməsinin e-2(045)-592/2025 saylı, xx.xx.2025-ci il tarixli və Goranboy Rayon Məhkəməsinin e-2(045)-445/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 28 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, borclu Şəxs Məhkəmə qətnamələrini icra etmir və icra məmurunun çağırışlarına gəlməməklə qanunun tələbini yerinə yetirmir. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 68750 manat pul və "xxxx" MMC-nə və 296.95 manat dövlət rüsumunun dövlət nəfinə ödənilməsi qət edilmişdir. Şəxs icra sənədində göstərilən tələbin ödənilməsi tələb edilmişdir. Lakin borclu bildiriş göndərilməsinə baxmayaraq ödəniş etməmiş və halhazırda 68750 manat pul "xxxx"MMC-nə və 296.95 manat dövlət rüsumunun dövlət nəfinə borcu vardır. Bundan başqa Goranboy rayon Məhkəməsinin e-2(045)-592/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs2 xeyrinə sonrakı artımlarda nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində alıimentin ödənilməsi qət edilmişdir. Aliment üzrə hal-hazırda 3 980 manat borcu vardır. Bundan başqa Goranboy Rayon Məhkəməsinin e-2(045)-444/2025 saylı, xx.xx.2025- ci il tarixli icra sənədinə əsasən Şəxs 5 204.44 manat alınaraq Zərərçəkmiş şəxs3 MMC-nə ödənilməlidir. Bundan başqa Goranboy Rayon məhkəməsinin e-2(045)-445/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 1 313.81 manat alınaraq Zərərçəkmiş şəxs3 MMC-nə ödənilməlidir. Şəxs borcun tam şəkildə ödənilməsi tələb olunmuş və izahatı alınmışdır. Şəxs izahatında hal hazırda ödəniş edə bilməyəcəyini və maddi imkanın olmadığını bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 ci maddəsindən nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, icra sənədləri üzrə üzərinə düşən məsuliyyəti anlayır və borclarını ödəməkdən imtina etmir. İcra sənədlərinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. Hazırda həmin məbləği tam şəkildə tələbkara ödəməyə imkanı yoxdur. Bugünədək icra sənədi üzrə yaranmış aliment borcunun tam şəkildə ödəməməyin səbəbi maddi imkanının və daimi iş yerinin olmamasıdır. Bu səbəbdən də borclarını ödəyə bilməmişdir. Əlavə olaraq bildirir ki, onun Zərərçəkmiş şəxs2 qarşı əmlak bölgüsü tələbinə dair Ali Məhkəmənin qərarı qanuni qüvvəsini almışdır. Həmin qərara görə Goranboy şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin ½ hissədə pay hüququ müəyyən edilmişdir. Yaxın günlərdə həmin payla bağlı hesabına kifayət qədər vəsait daxil olacağını və bu vəsait hesabına mövcud borclarını ödəyəcəyini bildirmişdir. Əməlindən peşmandır. Ona görə də borclarının ödənilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, "xxxx" MMC-yə olan borc onun tərəfindən ödənilmişdir, lakin buna dair hər hansı yazılı sübut təqdim edə bilmir. Aliment borcu ilə bağlı isə bildirir ki, keçmiş arvadı Zərərçəkmiş şəxs2 aliment borcunu tələb etmir və sonuncu ondan şikayətçi deyildir, lakin buna dair də hər hansı yazılı sübut təqdim edə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, icra sənədinə əsasən borclu Şəxs ona 68 750 manat məbləğində pul borcu yaranmışdır. Borclu bügünədək heç bir ödəniş etməmişdir. Hal-hazırda borcun tam şəkildə ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 68750 manat pul və "xxxx" MMC-nə və 296.95 manat dövlət rüsumunun dövlət nəfinə ödənilməsi qət edilmişdir; xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında e299233/2025-9-8 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin e-2(045)-592/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs2 xeyrinə sonrakı artımlarda nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində alimentin ödənilməsi qət edilmişdir; xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında e273765/2025-9-1 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Məhkəməsinin e-2(045)-592/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin e-2(045)-444/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 5204.44 manat alınaraq Zərərçəkmiş şəxs3 MMC-nə ödənilməsi qət edilmişdir; xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında e47843/2025-9-8 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Məhkəməsinin e-2(045)-444/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin e-2(045)-445/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 1313.81 manat alınaraq Zərərçəkmiş şəxs3 MMC-nə ödənilməsi qət edilmişdir; xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında e47843/2025-9-8 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Məhkəməsinin e-2(045)-444/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Borclunun axtarışı haqqında” xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi zərərçəkmiş şəxsin (tələbkarın) izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməsi, lakin yaranmış aliment borcunun maddi imkanının olmaması ilə bağlı ödəməməsini özünü müdafiə cəhdi və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, zərərçəkmiş şəxsin (tələbkarın) mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, o barəsində olan 4 ayrı icra sənədinin heç biri üzrə mümkün ola biləcək miqdarda belə ödəniş etməmişdir. Şəxs bunu maddi imkanının olmaması ilə bağlı olduğunu qeyd etsə belə, məhkəmə hesab edir ki, heç bir ödənişin edilməməsi maddi imkansızlıqdan deyil, onun ödəniş etmək niyyətində olmaması ilə biləvasitə əlaqədardır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri və müddəti inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 fevral 2026-cı il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar