Məhkəmə qərarları › İş №3(5-123)-12/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-12/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-12/2026 19.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Göyçay rayonu Çayarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay,fərdi əməklə məşqul olan, Göyçay rayonu Çayarxı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 343-1.1-ci maddələri ilə Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində idarə etdiyi VAZ 21074 markalı **-OX-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, tibbi müayinədən imtina etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində idarə etdiyi VAZ 21074 markalı **-OX-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşı onu tibbi müayinəyə aparmış, tibb mərkəzində olarkən ondan maye içməsi tələb edilmiş, mayenin nə olduğunu bilmədiyi üçün tibbi müayinədən imtina etmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibi müayinə aktından görünür ki, Şəxs tibbi müayinədən imtina etmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM 343-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə təqsirli bilinib, ona 600 manat inzibati cərimə təyin edilisn. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar