Məhkəmə qərarları › İş №3(5-123)-125/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-125/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-125/2026 18.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşqul olan, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində xx.xx.2026-cı il tarixdə Göyçay RPŞ-də Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 14.11.202-cü il tarixdə saat 10 radələrində Göyçay rayon İnçə kəndində özünə məxsus mağazanın qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kəndində 1.24 ha torpaq sahəsi vardır. 4 ildir ki, qeyd edilən torpaq sahəsindən meyvə ağacları və su boruları oğurlanmışdır. Bununla bağlı Göyçay RPŞ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2026-cı il tarixdə Göyçay RPŞ-nə getmiş oğurluq barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra onu polis şöbəsində saxlamışlar, təhqiqatçı Şahid onu zorla orda saxlamış, ünvanına nalayiq ifadələr işlətmiş, onu vuraraq ərizəsinin geri götürməsini tələb etmişdir. Eləcə də ona dəymiş ziyanı qeyd etməsinə icazə verməmişlər.Polis şöbəsində olan zaman polis əməkdaşlarının qanuni tələbinə tabe olmuşdur. Əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlmalətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qimsində şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə Şəxs Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 1.24 ha torpaq sahəsindən oğurluq hadisəsinin olduğu ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmiş, bununla bağlı Göyçay rayonu Ləkçıplaq kəndinə getmişlər, hadisə yerinə baxış üçün getmişlər, baxış zamanı Şəxs polis əməkdaşlarının oğruları yaxalamadığını, oğrular ilə əlbir olduğunu bildirmişdir. Bundan sonra Şəxs izahatını almaq üçün Göyçay RPŞ-nə dəvət etmişlər, polis şöbəsində Şəxs izahat verməkdən imtina edərək qanuni tələbinə tabe olmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta protokolu üzrə icraata xitam verilməlidir. Bunda başqa müdafiəçi Vəkil Allaherdi oğlu iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Göyçay RPŞ-də Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. 01 saata görə hesablanmış 11 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar