Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-126/2026 25.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, "xxxx" MMC barəsində Göyçay Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin mülkiyyətində (istifadəsində) olan, “Porsche Cayenne” markalı, **- YV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixdə saat 13:01-də idarə edən şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yol hərəkəti qaydaları pozulmuşdur. Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş maksimal hərəkət sürətini 12 km/saat həddində aşmış, bununla da Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. ünvan 1 ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, cəmiyyətin mülkiyyətində olan “Porsche Cayenne” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində müəyyən edilmiş hərəkət sürətini aşması faktı xüsusi texniki vasitə ilə qeydə alınmış, həmin nəqliyyat vasitəsini qeyd olunan tarix və vaxtda idarə etmiş şəxsin kimliyi, yaşayış ünvanı və digər zəruri məlumatların 5 (beş) gün müddətində Göyçay Rayon Polis Şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus “Porsche Cayenne” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədildiyi vaxtda idarə etmiş fiziki şəxsə dair məlumatların təqdim olunması barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu poçt vasitəsilə cəmiyyətə göndərilmiş, lakin "xxxx" MMC həmin nəqliyyat vasitəsini idarə etmiş şəxsin yol vərəqəsini və sürücülük vəsiqəsinin surətini sorğunun daxil olduğu vaxtdan 5 (beş) gün müddətində Göyçay Rayon Polis Şöbəsinə təqdim etməmişdir. Yuxarıda göstərilən öhdəliyin icra edilməməsi ilə əlaqədar olaraq, Göyçay Rayon Polis Şöbəsi tərəfindən "xxxx" MMC barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktına görə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. "xxxx" MMC-yə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumat verilmiş, lakin hər iki tərəf məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı vəsatət və ya əsaslandırılmış məlumat təqdim etməmişlər. Məhkəmə, iş materiallarını və bildirişlərin lazımi qaydada təqdim olunmasını nəzərə alaraq, tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sübutlar hərtərəfli, obyektiv və tam şəkildə araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur və həmin inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, cəmiyyət səlahiyyətli orqanın qanuni sorğusuna baxmayaraq, nəqliyyat vasitəsini inzibati xətanın törədildiyi vaxtda idarə etmiş şəxsə dair tələb olunan məlumatları qanunla müəyyən edilmiş müddətdə təqdim etməmişdir. Məhkəmə "xxxx" MMC-yə inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini və iş üzrə digər əhəmiyyətli halları nəzərə alaraq, cəmiyyətə inzibati tənbeh növü kimi inzibati cərimənin təyin edilməsini məqsədəuyğun hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-in 43, 112, 114, 115, 117 və 128- 130-cu maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-126/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-126/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver