Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-134/2026 03.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, Şəxs barəsində Göyçay Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Polis Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlər: xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X1 Prado” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə xx.xx.2025ci il tarixdə EQ 31616452 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş və nəticədə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada lazımi bildiriş göndərilmiş, lakin həmin şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə iclasında iştirak etməməsini işin obyektiv, hərtərəfli və tam araşdırılmasına maneə yaratmır və bu səbəbdən də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında işə barəsində icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 31616452 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs idarə etdiyi “X1 Prado” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 259-cu km-də yol hərəkəti qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. “AsanPay” internet portalından əldə edilmiş məlumatlardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli, EQ 31616452 saylı qərarla təyin edilmiş cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəmədiyi üçün üzərinə əlavə olaraq 240 manat məbləğində dəbbə pulu hesablanmış və Şəxs ödəməli olduğu cərimənin ümumi məbləği 640 manat təşkil etmişdir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31616452 saylı qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində Şəxs tərəfindən icra edilmədiyi üçün Azərbaycan Respublikası İXM-in 96.1-ci maddəsinə əsasən idarə etdiyi “X1 Prado” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi haqqında xx.xx.2026-cı il tarixdə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli, EQ 31616452 saylı elektron qərar qanuni qüvvəyə minmiş və həmin tarixdən etibarən üç ay müddətində cərimə könüllü qaydada icra edilməmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində inzibati cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Elektron qərarın barəsində icraat aparılan şəxsə qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi və bu barədə sübutların iş materiallarında mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol, xx.xx.2025-ci il tarixli, EQ 31616452 saylı qərar, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, şəxs tərəfindən cərimənin icrasından yayınma hallarına yol verilməsi onun üzərinə düşən inzibati öhdəliyin icrasına laqeyd münasibət göstərdiyini təsdiq edir. Elektron qərarın qanuni qüvvəyə mindiyi tarixdən sonra könüllü icra üçün kifayət qədər müddət mövcud olmuşdur. Şəxsin cəriməni ödəmək üçün real imkanı olduğu halda uzun müddət ərzində hər hansı ödəniş etməməsi onun inzibati öhdəliyin icrasından qəsdən yayınması kimi qiymətləndirilməlidir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsir dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə inzibati tənbehin tərbiyəvi və preventiv məqsədlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-134/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-134/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver