Məhkəmə qərarları › İş №3(5-123)-139/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-139/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-139/2026 02.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, X1 iştirakı ilə, DİN BDYPİ X4 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində DİN BDYPİ X4 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında EQ 34047855 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini müdafiə edərək belə əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə Göyçay şəhəri, Əli Kərim küçəsində yerləşən svetofor qovşağında guya svetoforun qadağanedici işığında hərəkətin davam etdirilməsi əsası ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə 100 manat məbləğində cərimə və 3 bal tətbiq edilmişdir. Həmin vaxt svetoforun qırmızı işığında dayanmış, yalnız icazəverici siqnal yandıqdan sonra hərəkətə başlamışdır. Heç bir yol hərəkəti əleyhinə qayda pozmamışdır. Təqdim olunan fotoda qarşıdan gələn nəqliyyat vasitələrinin də hərəkət etdiyi görünür. Qırmızı işıqda həmin nəqliyyat vasitəsinin hərəkəti də inandırıcı deyil. Təqdim edilən elektron protokolda fotoda avtomobilin dayandığı və əyləc işığının yandığı aydın görünür.Təqdim olunan foto görüntülərdə svetoforun hansı işıq siqnalının yandığı aydın görünmür. Avtomobilin dayanma xəttinə münasibətdə hərəkətdə olubolmadığı dəqiq müəyyən edilmir; Hərəkətin hansı vaxt kəsiyində baş verdiyi obyektiv sübut edilmir. Bu səbəbdən foto materiallar inzibati məsuliyyət üçün kifayət etmir. Radar-kamera ilə svetofor arasında məsafə obyektiv qiymətləndirməyə imkan vermir. Radar-kamera elə məsafədə yerləşdirilmişdir ki, svetoforun işıq siqnallarını dəqiq və aydın formada qeydə almaq mümkün deyil. Bu isə sübutların etibarlılığına əsaslı şübhə yaradır. Buna görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli EQ 34047855 saylı inzibati tənbeh vermə qərarından görünür ki, X5 xx.xx.2026-cı il tarixdə Göyçay şəhəri, Əli Kərim küçəsində yerləşən svetofor qovşağında guya svetoforun qadağanedici işığında hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərdən görünür ki, X5 xx.xx.2026-cı il tarixdə Göyçay şəhəri, Əli Kərim küçəsində svetoforun qadağanedici işarəsinin tələbini pozaraq, hərəkətini davam etdirmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, X5 xx.xx.2026-cı il tarixdə Göyçay şəhəri, Əli Kərim küçəsində avtomobillə hərəkətdə olarkən svetoforun qadağanedici işarəsinin tələbini pozmuş, hərəkətini davam etdirmişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı X5 xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X3 DİN BDYPİ X4 tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmiş, EQ 34047855 saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X3 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. X3 DİN BDYPİ X4 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli İXM-nin 327.2-ci maddəsi ilə 100 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar