Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-14/2026 12.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1986 il tarixdə Göyçay rayonu Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qızılağac kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2026-cı il tarixdə saat 17 radələrindən idarə etdiyi VAZ 2102 markal **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Göyçay rayon 1-ci Ərəbcəbirli kəndi ərazisində BDYP-nin YPX-nin 4-cü tağımının polis baş serjantı Şahid tələblərinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə spritli içki qəbul edərək Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edərkən YPX-nin əməkdaşı ona saxla əmrini vermiş, lakin avtomobili idarə etməyə davam etmiş, Göyçay rayon 1-ci Ərəbcəbirli kəndi ərazisində avtomobili saxlamış, daha sonra sərxoşluq müayinəsinə getmiş, sərxoş avtomobil idarə etdiyi müəyyən edilmiş və barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, onun İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17 radələrindən idarə etdiyi VAZ 2102 markal **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətini davam etdirir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 029919 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 17:50də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş İXP ******* saylı inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi və ya hərbi qulluqçusunun qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Hazirki işin halları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17 radələrindən idarə etdiyi VAZ 2102 markal **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol patrul xidmətinin əməkdaşının avtomobili saxla əmrini icra etmir. Qeyd edilən tələbin icra edilməməsi ilə bağlı isə Azərbaycan Respublikası İXM-də məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.3. Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görəyüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(5-123)-14/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-14/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver