Məhkəmə qərarları › İş №3(5-123)-173/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-173/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-173/2026 27.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Camalzadə Cavid Əhməd oğlu, Göyçay Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, müəyyən etdi: Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Vaz 21074” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və nəticədə Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, EQ 31794834 saylı elektron qərardan görürünür ki, “Vaz 21074” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Şəxs Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında icraat üzrə materiala işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “AsanPay Web” İnternet Portalından əldə edilmiş çıxarışıdan görünür ki, Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31794834 saylı qərara əsasən cərimə dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olmasını həll edir. 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə Şəxs tərəfindən barəsində tətbiq edilmiş inzibati cərimə növündə tənbeh tədbirini tam şəkildə ödənilməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən barəsində tətbiq edilmiş inzibati cərimə növündə tənbeh tədbiri tam şəkildə ödənildiyi üçün, o Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar