Məhkəmə qərarları › İş №3(5-123)-21/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-21/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-21/2026 29.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2026-cı il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2026-cı il tarixdə Göyça rayonu Ləkçıplaq kəndində üzərində qeydiyyatsız ov tüfəngini özündə saxlamış, mülki silahın qeydiyyat qaydasını pozmuşdur. İnzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, qeyd edilən tüfəngi dövlət qeydiyyatına aldırmadan özündə saxlamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Şəxs götürülmüş 01 ədəd təklüləli, 16 kalibrli, TOZ markalı, ю 20668 nömrəli yivsiz lüləli ov tüfəngidir. Məhkəmə təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, inzibati xətanın törədilmə şəraitini, eləcə də məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona silah müsadirə edilməklə, inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib, 01 ədəd təklüləli, 16 kalibrli, TOZ markalı, ю 20668 nömrəli yivsiz lüləli ov tüfəngi müsadirə edilməklə, ona 80 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. İş üzrə inzibati xətanın predmeti olan Göyçay rayon Polis Şöbəsində saxlanılan 01 ədəd təklüləli, 16 kalibrli, TOZ markalı, ю 20668 nömrəli tək lüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar