Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-212/2026 05.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay şəhəri, R.Rza küçəsi, dalan 4, ev 1-də qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1061/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixədək olan müddətə hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 05 mart 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1061/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixədək olan müddətə hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcra sənədi üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilmiş və xəbərdarlıqlar gönədirilərək qəbzi iş materillarına əlavə edilmişdir. Lakin borclu icra sənədini icra etməyi üçün 16.666 manat aliment borcu yaranmışdır. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə müraciət edilmişdir. Protokulun təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə Abşeron Rayon Məhkəməsinin icraatında olmuş və məlumatsız olmuşdur. Bir həftə əvvəl xəbər almışdir. İcraata başlamaq haqqında qərar rəsmi qaydada ona bugün təqdim edilmişdir. Həbsdə olmuş, bu yaxınlarda (40 gün) azad edilmiş, azad olunmuş şəxsin sosial adaptasiya müddətində təbii ki, bu cür işləri işləri dərhal icra etmək mümkün deyil, çünki yardıma ehtiyacı olan bir şəxsdir. Digər tərəfdən ona rəsmi xəbərdarlıq gəlməmiş, ümumi ifadələrdən istifadə edilmiş, sadəcə olaraq bir həftə əvvəl ona telefon zəngi gəlmişdir. Azadlıqda olarkən ona nə məhkəmə qətnaməsi nə də bildiriş gəlməmişdir. Həbsdə olarkən xəbər bilmiş, elə fikirləşmişdir ki, iddia qaldırılmış, amma əvvəlcədən qətnamə olduğun bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, aliment məsələ ilə bağlı o, Şəxs məlumat vermişdir. O, alimentin hesablanmasının dayandıracağını, sadəcə uşaqlara nə qədər imkanı çatdığı qədər köməklik göstərməsi ilə bağlı borclu ilə razılığa gəlmişdir. Onun hazırda maddi vəziyyəti yaxşı deyil. O, Şəxs həbsdən çıxdıqdan sonra bir müddət gözləmiş, sonra xəbər göndərmişdir ki, uşaqların maddi ehtiyacları vardır. O, tək qadın olaraq təkbaşına uşaqların maddi cəhətdən ehtiyaclarını qarşılaya bilmir. Çünki Şəxs həbs olunmamışdan əvvəl onun üstünə borc qoyub getmiş, həmin borcları da özü verir. Hətta məhkəmə qətnaməsində qeyd olunan məbləği deyil, 300 manat ödənilməsi ilə bağlı da razı olduğunu bildirmiş, bununla əlaqədar mobil telefon vasitəsi ilə xəbər vermiş, lakin bir məlumat olmamışdır. O, Şəxs qardaşına işin məhkəmə gəlməsini istəmədiyini bildirmişdir. İşin məhkəməyə qədər gəlib çıxmasını, uşaqlarının atası olduğu üçün həbs olunmağını istəmir. Şəxs həbsdən yeni çıxdığı üçün yenidən həbs olunmağını da istəmir. Məhkəmə qətnaməsinə əsasən hər ay 440 manat aliment təyin edilmiş, o güzəşt edərək hər ay 300 manat ödənilməsini istəmişdir. O, uşaqları ilə birlikdə kirayədə yaşayır, işlədəyi iş yerindən də əmək haqqısı elə də çox deyil. Buna görə də, aldığı əmək haqqı ilə uşaqlarına baxmaqda çətinlik çəkir. O, hər ayın 15 günü alimentin ödənilməsi ilə bağlı razılağa gəlir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1061/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixədək olan müddətə hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(012)-1061/2023 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs icra sənədi üzrə bildirişi xx.xx.2026-cı il tarixdə almışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Göyçay şəhəri, R.Rza küçəsi, dalan 4, ev 1-də qeydiyyatda olan Şəxs xəbərdarlıq göndərilmişdir. xx.xx.2026-cı il tarixli "xxxx" MMC-nin SX082266736AZ göndəriş nömrəli mədaxil qəbzin surətindən görünür ki, Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş məktubu almışdır. xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1061/2023 saylı icra sənədi üzrə borclu Şəxs ona olan aliment borcu barəsində xx.xx.2026-cı il tarixədək aralarında razılağa gəldiklərini və bu səbəbdən də Şəxs hal-hazırda şikayət və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs icra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı borclu ilə razılığa gəldiyini bildirmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında verilmiş izahatlarından da müəyyən olunur ki, tərəflər aliment öhdəliyinin yerinə yetirilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi razılıq ərizəsi könüllü xarakter daşıyır, qanunvericiliyin tələblərinə zidd deyil və üçüncü şəxslərin hüquq və qanuni mənafelərini pozmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu icra sənədi ilə bağlı aliment borcunun ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlməsi öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)- 1061/2023 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(5-123)-212/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-212/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver