Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-215/2026 05.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Ləman Vidadi qızının katibliyi, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi (vəkili) X4 iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (ş/v: AA*******, FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-92/2021 nömrəli icra vərəqəsi üzrə ödəməli olduğu aliment borcunu icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. O bildirmişdir ki, mütəmadi olaraq hər ay aliment borcunu ödəyir. Zərərçəkmiş şəxs ona müxtəlif bank kartları göndərmiş və o da aliment məbləğini həmin bank hesablarına köçürmüşdür. 2026-cı ilin yanvar ayında tələbkar Zərərçəkmiş şəxs ümumilikdə 800 manat, fevral ayında isə 500 manat məbləğində aliment borcunu ödəmiş, hazırda isə 300 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Bundan əlavə o bildirmişdir ki, əvvəlki illərdə də mütəmadi olaraq aliment borcunu ödəmiş, heç bir üzrsüz səbəbdən məhkəmə qərarının icrasından yayınmamış, fəhlə işlədiyindən bəzi dövrlərdə qazancı aşağı olduqda az məbləğdə də olsa aliment borcunu ödəməyə çalışmışdır. Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(046)-92/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 15860 manat məbləğində aliment borcu ödəməli olsa da, hazırkı vaxtadək 11060 manat məbləğində aliment borcu ödəmişdir. Hazırda isə ödəməli olduğu dövrlər üzrə qalıq olaraq ümumilikdə 4800 manat məbləğində aliment borcu mövcuddur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs məhkəmənin icra sənədi üzrə aliment borcunu hər ay tam şəkildə ödəməmiş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən indiyədək ümumilikdə 4800 manat məbləğində aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs Şəxs həmin borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Eyni zamanda o, bildirmişdir ki, Şəxs 2026-cı ilin yanvar ayında ona ümumilikdə 800 manat, fevral ayında isə 500 manat məbləğində aliment borcu ödəmiş, hazırda isə əlavə olaraq 300 manat məbləğində ödəniş etmişdir. Həmçinin izahatında göstərmişdir ki, borclu Şəxs onun tərəfindən göndərilmiş bank kartlarına müxtəlif vaxtlarda pul köçürmüş və o, həmin kartlardan pulu çıxararaq əldə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ona təyin edilmiş aliment borcundan 2026-cı ilin yanvar ayında ümumilikdə 800 manat, fevral ayında isə 500 manat məbləğində ödəniş etmiş, hazırda isə 300 manat məbləğində ödəniş etməyə hazır olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, 2021-ci ildən etibarən indiyədək Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs xeyrinə mütəmadi olaraq aliment ödənişləri edilmiş və şəxs tərəfindən icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırılmamışdır. Bu səbəbdən müdafiəçi inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən xx.xx.2026-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədində nəzərdə tutulmuş tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs aliment öhdəliyi üzrə hesablanmış borcunun 4800 manat təşkil etdiyi protokolda göstərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-92/2021 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və həmin tarixli bildirişdən görünür ki, Şəxs 10 gün müddətində Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-92/2021 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 2026-cı ilin yanvar ayında 300 manat, fevral ayında isə 500 manat məbləğində aliment borcu ödənilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, Şəxs tərəfindən 2026-cı ilin yanvar ayında ona əlavə olaraq 500 manat məbləğində aliment ödənişi edilmişdir. Hazırda isə borclu tərəfindən 300 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə məhkəmə aktlarının qərəzli icra edilməməsi borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsi, icra üçün faktiki imkanlarının olmasına baxmayaraq öhdəlikdən yayınması, tələbin yönəldilməsi mümkün olan əmlak və pul vəsaitini gizlətməsi, habelə icradan yayınmaq məqsədilə əmlakını özgəninkiləşdirməsi kimi hallarla müəyyən oluna bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnzibati Xətalar Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(046)-92/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 15 860 manat məbləğində aliment borcu ödəməli olmuş, həmin məbləğdən hazırkı vaxtadək 11 060 manat məbləğində ödəniş etmişdir. Hazırda isə ödəməli olduğu dövrlər üzrə qalıq olaraq ümumilikdə 4800 manat məbləğində aliment borcu mövcuddur. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 2026-cı ilin yanvar ayında ümumilikdə 800 manat, fevral ayında 500 manat, hazırda isə əlavə olaraq 300 manat məbləğində aliment ödənişi edilmişdir. Məhkəmə tərəfindən göstərilən hallar qiymətləndirilərək müəyyən edilmişdir ki, borclu tərəfindən məhkəmə qərarının icrasından qəsdən və ya üzrsüz səbəbdən yayınma faktı öz təsdiqini tapmamışdır. İş materialları borclu tərəfindən öhdəliyin tam deyil, qismən icra edildiyini, müəyyən dövrlərdə aliment ödənişlərinin həyata keçirildiyini və borclunun icradan qərəzli yayınmasını təsdiq edən kifayət qədər sübutların mövcud olmadığını göstərir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün borclunun icra imkanının mövcud olması və buna baxmayaraq icradan qəsdən və ya üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. İş materialları ilə borclunun aliment öhdəliyini mütəmadi olaraq yerinə yetirdiyi müəyyən edilmişdir. İş materialları ilə borclunun məhkəmə qərarını icra etmək imkanına malik olduğu halda qərəzli şəkildə icradan yayındığı, əmlakını və ya gəlirlərini gizlətdiyi, yaxud icranı mümkünsüz etmək məqsədilə hərəkətlər etdiyi müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, inzibati məsuliyyətin tətbiqi üçün təkcə borcun mövcudluğu kifayət etmir. Borclunun icra sənədinin tələblərini icra etmək imkanına malik olduğu halda qəsdən və ya üzrsüz səbəbdən icradan yayınması sübuta yetirilməlidir. Hazırkı iş materialları ilə belə hal təsdiq olunmadığından şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün zəruri hüquqi əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədində nəzərdə tutulmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi, habelə icradan qəsdən yayınma faktı iş materialları ilə sübuta yetirilməmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 53.2, 105.1, 114.2.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-215/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-215/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver