Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-218/2026 10.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay şəhəri, R.Rza küçəsi, dalan 4, ev 1-də qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1, 535.1 və 388-1.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16 radələrində Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı İslam Şirinovun xidməti iş otağında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvən edən Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçıları X4, X7 və X6 qanuni tələblərinə qəsdən əməl etməmişdir. Həmçinin Şəxs xx.xx.2026-cı il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus “Taleh Kahsmammadov” adlı profildə DİN-nin rəhbərlərini və əməkdaşların ünvanına barələrində təhqir və böhtan xarakter daşıyan məlumatlar yaymışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510.1, 535.1 və 388- 1.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahat verərək bildirdi ki, Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi X5 rəhbərliyə raportla müraciət edərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus “Taleh Kahsmammadov” adlı profildə DİN-nin ünvanına təhqir edici və böhtan xarakterli məlumatlar yazaraq paylaşmışdır. Bununla bağlı ona tapşırığ verildi və onun əsasənda xx.xx.2026-cı il tarixdə Şəxs yaşadığı ünvana getmiş, Şəxs narahat olduğunu, hazırda gələ bilməyəcəyini bildirmişdir. Daha sonra günün ikinci yarısından sonra Şəxs onlarla birlikdə yaşadığı evdən polis şöbəsinə gətirilmişdir. X17 X9 ilə birlikdə polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsində təhqiqatçının otağına qalxmış, təhqiqatçının xidməti iş otağında Şəxs barəsində olan iş materialı İslam Şirinovun icraatına daxil olmuşdur. X1 yenidən raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət edərək göstərmişdir ki, Şəxs xidməti iş otağında olarkən ucadan nalayiq ifadələr işlətmiş, orada İslam Şirinov digər təhqiqatçılarla birlikdə nizam-intizama dəvət etmişlər, tabesizlik göstərməyib. Eyni raport yenidən onun icraatında daxil olmuş, bununla bağlı təhqiqatçı qərarında da göstərmişdir. Sonra barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmış, İnzibati Xətalar Məcəlləsinin 510.1, 535.1 və 388-1.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Şəxs polis şöbəsində izahat verməkdən və imza çəkməkdən imtina etmişdir. İş materillarına bununla bağlı video görüntüdə əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Göyçay rayon polis şöbəsinə ikinci dəfə dəvət olunduqdan sonra könüllü şəkildə getmişdir. Polis şöbəsinə aparılan zaman da polis əməkdaşları ilə münasibətləri yaxşı olmuş, polis şöbəsində davranışları da normal olmuşdur. Hətta polis şöbəsində olarkən səhhəti pisləşdiyi üçün üzərinə iki dəfə təcili tibbi yardım gəlmişdir. Digər tərəfdən polis əməkdaşları onun xarakterini bilirlər ki, o polis şöbəsinə daxil olub kimisə təhqir edən bir adam deyildir. Polis şöbəsində olarkən səs tonunu belə qaldırmamışdır. İş materilları ilə tanış olduqda hadisənin təhqiqatçının otağında olduğunu qeyd etmişdirlər. Hətta hərəkətlərini davamlı olaraq etdiyini belə bildirmişlər. Qeyd olunan kimi bir hadisə olsaydı əgər bununla bağlı bir dəlil sübut əldə edə bilərdilər. Polis şöbəsində polis əməkdaşları onunla xoş münasibətdə olmuşlar, həbsdən çıxdığını maraqlanaraq sual-cavab ediblər. Sadəcə olaraq İXM-nin 388-1.1.1-ci maddənin dairəsi əhatə olunan əməli izahatda göstərmək istəmirdi ki, hadisə vaxtı ilə 2023-cü il tarixdə başına gətirilmiş bir hadisədir. Həmin hadisə ilə bağlı eyni məzmunda yazılarnan aidiyyəti orqanlara da müraciət etmişdir. Bu səbəbdən öz müdafiə çıxışında olan sözlərin hər hansısa bir məmurun, vəzifəli şəxsin işgüzar nüfüzüna xələl gətirəcəyini düşünərək yazmamışdır. Buna görə də İXM-nin 388-1.1.1-ci maddənin dairəsi əhatə olunan inzibati protokol tərtib edilməsinə etiraz etmişdir. “Facebook” sosial şəbəkəsində yazılan yazını o yazmışdır. Həmin maddənin dispozisiyası ilə tanış deyil, əgər əməl həmən maddənin dairəsi altına düşürsə təbii ki, özüdə bir hüquqşünas olaraq etiraz etməz. Polis şöbəsində imza çəkmədiyi üçün 510.1 və 535.1-ci maddələri ilə də protokol tərtib olunmuşdur. Həmin maddələr ilə özünü təqsirli bilmir. Çünki qeyd olunan hadisə olmamışdır. “Facebook” sosial şəbəkəsində yazılan yazını isə polis tərəfindən saxlanılmamışdan bir gün qabaq xx.xx.2026-cı il tarixdə axşam saatlarında yazmışdır. Paylaşdığı yazının belə bir vəziyyətdə nəticələnməsini bilmirdi. Qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş İXMnin 510.1 və 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini, barəsində İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi X5 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə onlar Şəxs rayon polis şöbəsinə dəvət etdikdə gəlmişdir. İşlədiyi müddət ərzində Şəxs həmişə dövlətə, xalqa və hakimiyyət nümayəndələrinə qarşı çıxmış, öz iradlarını bildirərək həmişə dövlətdən narazı qalmışdır. Buna görə də etdiyi əmələ görə sonuncu dəfə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrum edilmiş, təxminən 15 gün müddət olarkən cəzaçəkmə müəssisəsindən azad edilərək qeydiyyatda olduğu ünvana gələrək qeydiyyata düşmüşdür. Bununla bağlı Şəxs ilə xidməti otağında fərdi söhbətlər aparılmış, sonra isə buraxılaraq evə yola salınmışdır. Şəxs “Facebook” sosial şəbəkəsində ölkə rəhbərlərinin ünvanına xoşagəlməz sözlər yazaraq şərəf və layaqətlərini alçaldaraq işgüzar nüfüzlarına xələl gətirmişdir. Şəxs rayon polis şöbəsinin 3-cü mərtəbəsində təhqiqatçı, polis baş leytenantı İslam Şirinovun xidməti iş otağında izahat verən zaman 3-cü mərtəbədə o başqa bir işlər bağlı qayıdan zaman İslam Şirinovun xidməti otağında səs-küy yarandığını eşidərək dərhal otağa yaxınlaşmış, otağa daxil olduqda təhqiqatçı İslam Şirinov, yanında olan digər təhqiqatşılar Orxan Kərimov və Samir Abbasov Şəxs sakitləşdirə bilmirlərdi. Şəxs əmr və göstərişlərə qəsdən tabe olmamış, ünvansız nalayiq ifadələr işlədərək izahat verməkdən imtina etmişdir. O, Şəxs sakitləşməsini tələb etdikdə Taleh onunda ünvanına nalayiq söyüşlər söymüş, hərəkətlərini davam etdirərək qəsdən qanuni tələblərinə tabe olmadı. Bununla bağlı Şəxs etdiyi əməllərə görə raport yazaraq rayon polis şöbəsinin rəisinə məruzə etmişdir ki, etdiyi hərəkətlərə görə barəsində qanuna müvafiq olaraq tədbirlər görülsün. Şəxs dövlət və dövlətin apardığı siyasətdən narazıdır. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı X13 şahid qismində izahat verərək göstərmişdir ki, Şəxs hər zaman polisə qarşı aqresivlik göstərən bir şəxs kimi tanıyır. Əvvələrdə sosial şəbəkələrdə polisin ünvanına dəfələrnən nalayiq ifadələr işlətməsini və yazmasını görmüşdür. xx.xx.2026-cı il tarixdə “Facebook” sosial şəbəkəsində paylaşdığı yazıya görə polis şöbəsinə dəvət olunmuşdur. Xidmətdə otaqda ictimai qaydanı pozduğuna, nalayiq ifadələr işlətdiyinə görə barəsində raport tərtib edilmişdir. İzahatı alındığı otaq həm təhqiqatçı İslam Şirinovun həmdə onun xidməti iş otağıdır. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı X11 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə icraatına Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi X2 raportu daxil olmuşdur. Belə ki, Həbib Sadıqov raportla məruzə edərək Göyçay şəhər sakini Şəxs sosial şəbəkədə özünə məxsus mobil telefon vasitəsi ilə qeydiyyatdan keçərək hakimiyyət nümayəndələri əleyhinə onların nüfuzuna xələl gətirəcək paylaşımlar etdiyini bildirmişdir. Həmin məlumatla əlaqədar Şəxs gətirilməsini təmin etmək üçün raportla yenidən məruzə etmişdir. Şəxs rayon polis şöbəsinə gətirən İTB-nin rəisi Həbib Sadıqov xidməti iş otağında Şəxs gətirdikdən sonra Şəxs izahat verməkdən imtina edərək sərd formada aqresiv mövqey göstərmiş, nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs nizam-intizama dəvət etdikdə, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı X14 şahid qismində izahat verərək göstərmişdir ki, o təhqiqatçı yoldaşların xidməti otağına sənəd götürmək üçün getmişdi. Otağa daxil olan zaman səs-küy olduğunu görmüş, Şəxs tərəfindən nalayiq ifadələr işlədilirdi. Polis əməkdaşları qanuni tələblərə tabe olmaq üçün göstərişlər verilmiş, lakin Şəxs sakitləşdirməyərək daha da ucadan nalayiq ifadələr işlətməyə davam etdi. Bir müddət sonra Şəxs sakitləşdirdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16 radələrində Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı İslam Şirinovun xidməti iş otağında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvən edən Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçıları X4, X7 və X6 qanuni tələblərinə qəsdən əməl etməmişdir. Həmçinin Şəxs xx.xx.2026-cı il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus “Taleh Kahsmammadov” adlı profildə DİN-nin rəhbərlərini və əməkdaşların ünvanına barələrində təhqir və böhtan xarakter daşıyan məlumatlar yaymışdır; - İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. - DVD diskə köçürülmüş video görüntüdən görünür ki, Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı X11 tərəfindən Şəxs izahatı alınmış, “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımla bağlı suallar verilmişdir. - Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işi başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 388-.1.1.1, 510.1 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. - “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş paylaşımdan görünür ki, Şəxs “Ağrılarım o qədər şiddətlidir ki, daha dözə bilmirəm. Son həbsim zamanı məni avtomobillə vurmaq istəyənlərdən birtəhər yayına bildim. Bu dəfə söz verirəm ki, istədiyiniz kimi tam hədəfdə olacağam. Vilayət Eyvazovun DİN tərəfindən göndərilmiş killerləri bir daha buyursunlar. Öz payına bu dəfə qorunsam namərd olaram. Allah təala sizin kimi bütün zalımların bəlasını versin.! Bu nə həyatdır ki, rəva bildiniz..?!” paylaşım etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Butkeviç Rusiyaya qarşı işi üzrə (xx.xx.2018) qəbul etdiyi qərarında qeyd etmişdir ki, Məhkəmə əvvəllər Rusiya ilə bağlı ictimai tədbirlərin keçirilməsi qaydalarını pozmaqda və ya polisin dağılmaq əmrinə tabe olmamaqda ittiham olunan şəxslərə qarşı inzibati icraata dair ərizələrə baxıb. Həmin proseslərdə birinci instansiya məhkəmələri polisin təqdimatlarını asanlıqla və birmənalı şəkildə qəbul etmiş və ərizəçilərin əksini sübut edən hər hansı bir sübut təqdim etmək imkanını rədd etmişlər. Məhkəmə qərara aldı ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis məmurlarıdır, məhkəmələrin onların ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruridir. Məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, inzibati xəta haqqında iş üzrə materialları tədqiq edərək, o nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində İXM-nin 388-1.1.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta tərkibinin olduğu sübuta yetirilsə də, Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmiş və həmin maddəllər ilə başlanmış inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolların tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, polisin hansı qanuni tələblərinə tabe olmaması, ictimai qaydanı pozması, tabe olmamasının və ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə inzibati xəta törətməsi faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, heç bir şəkildə polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətməmiş, səs-küy salmamış və bununla bağlı polis əməkdaşları məhkəmədən bunu sübut edəcək faktları məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlərin məhkəmə iclasında verdiyi izahat inzibati xəta faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati qaydada həbs edilmiş şəxs özünü təqsirli bilmədiyindən polis əməkdaşları ilə yanaşı hadisənin şahidi olmuş digər şəxslərin (RPŞ-də bilavasitə bu hadisənin şahidi olmuş şəxslər) bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni xidməti funksiyanı həyata keçirən, eyni zamanda mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə rol oynamış polis əməkdaşlarının izahatları ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. Ehtimal edilən inzibati xəta hadisəsinin baş verməsini özündə əks etdirən RPŞ-nin inzibati binasına quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntünün təqdim olunması bildirilmiş, lakin həmin görüntülərin heç birinin mövcud olmadığını bildirilərək, inzibati orqan tərəfindən sübut kimi məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən Şəxs polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməsi, polisin qanuni tələblərinə tabe olmaması əks olunmur. Əksinə köçürülmüş video görüntüdən Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı X11 tərəfindən Şəxs izahatı alınmış, “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımla bağlı suallar verilmişdir. Video görüntüdə Şəxs hər hansı bir şəkildə aqressiv davranmağı və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməyi müəyyən edilmir. Bununla da, Şəxs hərəkətlərində ictimai qaydanın pozulması və polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması faktı şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş paylaşımın onun tərəfindən paylaşıldığını təsdiq edərək törətdiyi əməli etiraf etmişdir. Onun törətdiyi əməl düzgün olaraq İXM-nin 388-1.1.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:... 13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 09 mart 2026-cı i il tarixdən saat 17:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(5-123)-218/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-218/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver