Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-22/2026 15.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Mehdiyeva Ləman Vidadi qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Göyçay Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Göyçay rayonu, Qaraməryəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Qaraməryəm kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (Ş/V: AA******* / FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-in 388- 1.1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Göyçay RPŞ-dən daxil olmuş 15 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “İnstagram” sosial şəbəkəsində özünə məxsus olan “talehbyaliyev” adlı profillə “sancaq.production” adlı səhifənin polis əməkdaşlarına aid olan paylaşımının rəy hissəsində polis əməkdaşları barəsində təhqir xarakterli şərhlər yazmış və bununla da, Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Asim Novruzov xx.xx.2026-cı il tarixdə Göyçay RPŞ-nin rəisinə raportla məruzə edərək Göyçay rayonu Qaraməryəm kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Şəxs "İnstagram” sosial şəbəkəsində özünə məxsus “talehbyaliyev” adlı hesab vasitəsilə polis əməkdaşları barəsində təhqiredici şərhlər yazaraq onları təhqir etdiyini və bu səbəbdən Şəxs Göyçay RPŞ-nə gətirdiyini bildirmiş və sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat araşdırılması zamanı Şəxs "İnstagram” sosial şəbəkəsində “sancaq.production” adlı səhifənin paylaşımının rəy hissəsində özünə məxsus “talehbyaliyev” adlı profillə yazdığı şərhlərin fotoşəkilləri materiala əlavə edilmişdir. Toplanmış materialdan göründüyü kimi, Göyçay rayonu Qaraməryəm kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs “İnstagram” sosial şəbəkəsində özünə məxsus “talehbyaliyev” adlı profillə “sancaq.production” adlı səhifənin polis əməkdaşlarına aid olan paylaşımının rəy hissəsində polis əməkdaşları barəsində təhqir xarakterli şərhlər yazmışdır. Bu səbəbdən Şəxs barəsində araşdırılma aparılaraq Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Araşdırılma nəticəsində əldə olunan foto şəkillər iş materialına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, Göyçay rayonu Qaraməryəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və usta işləyir. Göyçay RPŞ-nin CABın əməliyyat müvəkkili, polis kapitanı Asim Novruzovun xx.xx.2026-cı il tarixdə Göyçay RPŞnin rəisinə onun barəsində yazdığı raportla tanış olmuşdur. “İnstagram” sosial şəbəkəsində “talehbyaliyev” adlı profil ona məxsusdur və onun tərəfindən istifadə edilir. Təxminən altı həftə əvvəl “İnstagram” sosial şəbəkəsində “sancaq.production” adlı səhifənin polis əməkdaşlarına aid olan paylaşımının rəy hissəsində özünə məxsus “talehbyaliyev” adlı profillə polis əməkdaşları barəsində təhqir xarakterli rəy yazmışdır. Həmçinin xx.xx.2026-cı il tarixdə də “sancaq.production” adlı səhifənin başqa bir paylaşımının rəy hissəsində polis əməkdaşları barəsində özünə məxsus “talehbyaliyev” adlı profillə təhqiredici rəylər yazmışdır. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlər: 15 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “İnstagram” sosial şəbəkəsində özünə məxsus “talehbyaliyev” adlı profillə “sancaq.production” adlı səhifənin polis əməkdaşlarına aid olan paylaşımının rəy hissəsində polis əməkdaşları barəsində təhqir xarakterli şərhlər yazmışdır. xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Asim Novruzov xx.xx.2026-cı il tarixdə Göyçay RPŞ-nin rəisinə raportla məruzə edərək Göyçay rayonu Qaraməryəm kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Şəxs "İnstagram” sosial şəbəkəsində özünə məxsus “talehbyaliyev” adlı hesab vasitəsilə polis əməkdaşları barəsində təhqiredici şərhlər yazaraq onları təhqir etdiyini və bu səbəbdən Şəxs Göyçay RPŞ-nə gətirdiyini bildirmiş və sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməldə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, Göyçay rayonu, Qaraməryəm kənd sakini Şəxs "İnstagram” sosial şəbəkəsində özünə məxsus “talehbyaliyev” adlı hesab vasitəsilə polis əməkdaşları barəsində təhqiredici şərhlər yazaraq onları təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.9-cu maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirilməsinə yol verməməlidir Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, onun tərəfindən sosial mediada yazılan şərhlərdə polis əməkdaşları barəsində təhqir xarakterli yazıların olduğu müəyyən edilir. Şəxs əməlində inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və həbs etmənin əvvəli 15 yanvar 2026-cı il tarixdən saat 18:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 15 yanvar 2026-cı il tarixdən saat 18:20-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay Rayon polis Şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən, Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-22/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-22/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver