Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-24/2026 27.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, X4 X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X7 tərəfindən "xxxx" MMCnin direktoru X8 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən X5 Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanı aradan qaldırılması üçün 10 gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin məsləhətçi - əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X8 xx.xx.2025-ci il tarixdə onun ünvanına göndərilmiş məktub əsasında X3 barəsində tələb olunan zəruri məlumatalrı (sənədləri) xx.xx.2025-ci il tarixədək tam şəkildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməmişdir. "xxxx" MMC-nin direktoru X8 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan məhkəməyə şikayət verərək bildirmişdir ki, həmin qərar xx.xx.2026-cı il tarixdə onlara təqdim edilmiş, xx.xx.2025-ci il tarixli, 3-17-512-106423/2025 saylı məktub "Torsion” MMC-nin (VÖEN: **********) nə poçt, nə də elektron ünvanına çatmamışdır. 19.12 2025-ci il tarixli, 3-17-5/2-106423/2025 saylı məktub və ona qoşma kimi əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu aldıqdan sonra bu barədə məlumatları olmuşdur. Həmin məktubu və protokolu əldə etdikdən sonra X3 barəsində tələb olunan elektron əmək müqaviləsini, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədləri (xitam əmri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi, X3 üçün hesablanmış əmək haqqı cədvəli və digər sənədləri) xx.xx.2025-ci il tarixdə demx Elektron ünvan elektron poçt ünvanına və xx.xx.2025-ci il tarixdə X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin ünvanına poçt vasitəsilə göndərmişdirlər. Həçminin, X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi Elxan Çərkəzova ünvanladığı xx.xx.2025-ci il tarixli, TSN/AZ- 25/12-007 nömrəli məktubda da qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixli, 3-17-5/2-106423 nömrəli məktub şirkətin ünvanına çatmamış, X3 xx.xx.2024-cü il tarixli, 49550MW000300 nömrəli əmək müqaviləsi əsasında həqiqətən "xxxx" MMC-də fəhlə vəzifəsində işə qəbul olunmuş və xx.xx.2025-ci il tarixli, 34-K nömrəli əmrlə əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. "xxxx" MMC-dən tələb olunan sənədlərin vaxtında təqdim olunmaması onlardan asılı olmayan səbəblərdən, xx.xx.2025-ci il tarixli, 3-17- 512106423/2025 saylı məktubun şirkətin nə poçt, nə də elektron ünvanına daxil olmaması ilə bağlı olmuşdur. Bu barədə məlumat alan kimi ən qısa zamanda tələb olunan sənədləri X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin həm poçt, həm də elektron ünvanına tam şəkildə göndərməsini təmin etmiş və bu səbəbdən də barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış X8 və X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin nümayəndəsi məkhəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Aşağıda göstərilənlərə əsasən məhkə hesab edir ki şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında da göründüyü kimi inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar isə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. "xxxx" MMC-nin direktoru X8 tərəfindən X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, TSN/AZ-25/12-007 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsi, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 34-K № əmr və həmin tarixli bildiriş sənədi, X3 üçün hesablanmış əmək haqqı cədvəli, “A” formatlı ödəniş tapşırığı sənədləri və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən də göründüyü kimi şirkət tərəfindən tələb olunan sənədlər xx.xx.2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda müəyyən edilmiş 10 gün müddətindən öncə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi X1 Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində aradan qaldırmış və ondan tələb olunan zəruri məlumatları (sənədləri) vaxtında aidiyyəti üzrə - X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə göndərmişdir. xx.xx.2025-ci il tarixdə X8 barəsində qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN № ******* saylı qərarda da qeyd edildiyi kimi törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş 10 gün müddətində həmin hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Bu səbəbdən də, X8 ondan tələb olunan zəruri məlumatları (sənədləri) vaxtında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına - X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə göndərdiyi üçün o inzibati cəriməni ödəmək məsuliyyətindən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, X8 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda qeyd edilmiş hüquqpozma faktlarını vaxtında aradan qaldırdığı üçün 1000 (bir min) manat məbləğində cəriməni ödəmək məsuliyyətindən azad edilməli və həmin qərardan verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 114 – 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməsin. X8 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda qeyd edilmiş hüquqpozma faktlarını vaxtında aradan qaldırdığı üçün 1000 (bir min) manat məbləğində cəriməni ödəmək məsuliyyətindən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-24/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-24/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver