Məhkəmə qərarları › İş №3(5-123)-30/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-30/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-30/2026 17.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, X2 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32911335 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32911335 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 TOYOTA CAMRY MİNİK markalı, 99 RY023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə hərəkətdə olarkən, AR DİN Baş Dövlət Yol Polis İdarəsinə məxsus yolda quraşdırılmış xüsusi texniki vasitə tərəfindən AR İXM-in 328.2-ci və 327.2-ci maddələrində nəzərdə tutulan xətanı törətmiş, lakin həmin xətaya görə Vamiq Yusubov deyil, O,tənbeh olunmuşdur. Sözügedən qərarın mövcudluğundan "SMS Radar" tətbiqi vasitəsilə mobil telefonuma daxil olan bildiriş əsasında məlumatlı olmuşdur. İşin faktiki hallarından və inzibati xəta materiallarından açıq şəkildə görünür ki, xx.xx.2025-ci il tarixdə qeydə alınmış inzibati xətasnı O deyil, X6 törətmişdir. Buna baxmayaraq, sözügedən xəta əsassız olaraq onun adına rəsmiləşdirilmiş və nəticədə əvvəlki qərarlarla əlaqələndirilərək Azərbaycan Respublikası İXM-in 327.7-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr (Bu Məcəllənin 327.1-1,327.1-2,327.2- 327.6, 327.8,327-1.1, 327- 1.3,328.2, 328.3, 328.4, 331, 333.1,333-1.1,342.7, 343.1, 343- 1.1 və 346.2-346.9~cumaddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.) yəni - təkrar inzibati xəta kimi qiymətləndirilmə və bundan irəli gələn tənbehlər barəsində tətbiq edilmişdir. İşin faktiki hallarından və inzibati xəta materiallarından, o cümlədən nəqliyyat vasitəsini faktiki idarə edən şəxs kimi X3 izahatından açıq şəkildə görünür ki, xx.xx.2025-ci il tarixdə qeydə alınmış inzibati xətam törətməmişdir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə və şikayətçi İbrahim Hacıyevə məlumat verilmiş, lakin nümayəndə və şikayətçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli EQ 32911335 saylı inzibati tənbeh vermə qərarından görünür ki, X4 xx.xx.2026-ci il tarixdə TOYOTA CAMRY MİNİK markalı, 99 RY023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət surətini artmış, yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 328.2-ci və 327.7-ci maddələri ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə sorğu verilmiş, xx.xx.2026ci il tarixdə TOYOTA CAMRY MİNİK markalı, 99 RY023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən idarə etməsi barədə video-foto görüntünün təqdim edilməsini təklif edilmişdir. Məhkəməyə təqdim edilmiş foto görüntüdən görünür ki, X4 xx.xx.2026-ci il tarixdə TOYOTA CAMRY MİNİK markalı, 99 RY023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, X4 xx.xx.2026-ci il tarixdə TOYOTA CAMRY MİNİK markalı, 99 RY023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 327.7-ci maddələri ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı X4 xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X2 Göyçay RPŞ-nin DYPB-nin polis kapitanı X7 tərəfindən AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32911335 saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X2 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. X2 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXM-nin 328.2 və 327.7-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar