Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(5-123)-31/2026 21.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32940208 nömrəli və xx.xx.2025-ci il tarixli EQ seriyalı 32978059 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətinə baxmağa hazırlıq zamanı, müəyyən etdim: X2 xx.xx.2025-ci il tarixli EQ seriyalı 32940208 nömrəli, xx.xx.2025-ci il tarixli EQ seriyalı 32978059 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsini və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, barəsində xx.xx.2025-ci il tarixli EQ seriyalı 32940208 nömrəli; xx.xx.2025-ci il tarixli EQ seriyalı 32978059 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar qəbul edilmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlar əslində belə olmuşdur ki, qərarlarda göstərilən tarix və vaxtlarda nəqliyyat vasitəsini faktiki olaraq o idarə etməmişdir. Buna baxmayaraq, qeyd olunan inzibati xətalar əsassız olaraq onun adına rəsmiləşdirilmiş, inzibati məsuliyyət isə inzibati xətanı törətməyən şəxsə tətbiq edilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32940208 nömrəli elektron qərarla qeydə alınmış inzibati xətanı o deyil, X5 (ŞV: AA0522323; FİN: 1AUBB5T; SV: BB101721) törətmişdir. Lakin sözügedən inzibati xəta əsassız olaraq onun adına rəsmiləşdirilmiş, nəticədə həmin xəta əvvəlki qərarlarla əlaqələndirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr əsassız şəkildə barəsində tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən inzibati xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı ay müddətinə məhdudlaşdırılması barədə hüquqi nəticə yaranmış kimi qiymətləndirilmişdir. Halbuki həmin xətanı o törətməmişdir. Bunun ardınca isə xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32978059 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə inzibati xəta törədilərkən onun guya sürücülük hüququnun məhdudlaşdırılmış olması əsas götürülmüş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 332.3-cü maddələri ilə 400 manat məbləğində cərimə onun barəsində tətbiq edilmişdir. Nəticə etibarilə, inzibati xətanı törətmədiyi halda əvvəlcə barəsində sürücülük hüququnun məhdudlaşdırılması, daha sonra isə həmin əsassız məhdudiyyətə istinad edilməklə barəsində əlavə inzibati tənbeh tətbiq edilməsi qanunsuz və əsassızdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki,inzibati xəta haqqında iş Göyçay Rayon Məhkəməsinin hakiminə aid deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bu Məcəllənin 122.1-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir : inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, habelə bu Məcəllənin 129.1-1-ci maddəsində nəzərdə tutulan vəsatət təmin edildikdə şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından və şikayətə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,şikayət verən şəxs X2 (AA 1413977) Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 11A, mənzil 65-də qeydiyyatdadır. Qeyd olunanlara əsasən hesab edirəm ki,hazırki inzibati xəta haqqında iş üzrə şikayətə baxılması Göyçay Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid olmadığından, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32940208 saylı və xx.xx.2025-ci il tarixli EQ/32978059 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayəti bütün materiallarla birlikdə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(5-123)-31/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(5-123)-31/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver