Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-32/2026 21.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 19 yanvar 2026-cı il tarixli, e-16(4-15)- 4/2026 saylı icra vərəqəsinə əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 16(117)-76/2025 nömrəli qərardadı ilə cavabdeh Şəxs mülkiyyətində olan Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində yerləşən 2.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş soyuducu anbarda taxta və plastik yeşiklərə yığılmış və üzərinə 37672.60 manat həcmində həbs qoyulmuş borcluya məxsus xurma məhsulları icra məmurunun iştirakı ilə satılması və satışdan əldə olunan pul vəsaiti Göyçay rayon İcra və Probasiya şöbəsinin depozit hesabına qoyulması qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin icraatında e-2-2(117)- 1406/2025 nömrəli kommersiya işi üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlaması, Göyçay rayon İcra və Probasiya şöbəsinin depozit hesabına qoyulmuş müvafiq vəsaitin götürülməsi işə mahiyyəti üzrə baxılması ilə bağlı Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-1406/2025 nömrəli işin nəticəsindən asılı edilmişdir. Borclu Şəxs icra qeydi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 21 yanvar 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 19 yanvar 2026-cı il tarixli, e- 16(4-15)-4/2026 saylı icra vərəqəsinə əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(117)-76/2025 nömrəli qərardadı ilə cavabdeh Şəxs mülkiyyətində olan Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində yerləşən 2.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş soyuducu anbarda taxta və plastik yeşiklərə yığılmış və üzərinə 37672.60 manat həcmində həbs qoyulmuş borcluya məxsus xurma məhsulları icra məmurunun iştirakı ilə satılması və satışdan əldə olunan pul vəsaiti Göyçay rayon İcra və Probasiya şöbəsinin depozit hesabına qoyulması barədə icra sənədi daxil olmuşdur. xx.xx.2026-cı il tarixə saat 10:00-a təyin olunmuş icra işi zamanı həbs qoyulmuş Şəxs məxsus soyuducu anbarın 8-ci kamerasında yerləşən 37670.60 manat həcmində olan xurma məhsulları olduğu yerdə aşkar edilməmişdir. Daha əvvəl xx.xx.2025-ci il tarixdə keçirilmiş icra işi zamanı həmin məhsulların üzərinə həbs qoyulmuş, akt tərtib edilərək Şəxs təqdim edilmiş, ona inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Hal-hazırda xx.xx.2026-cı il tarixdə həmin məhsullar aşkar olunmadığı üçün borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o sahibkardır. Göyçay rayonu Kürdəmiş kəndində soyuducu anbarı vardır. Kənd camahatı məhsullarını ona məxsus soyuducu anbarına qoymuş, məhsulların soyuducu anbarda qalması ilə bağlı onlardan aylıq pul alırlar. Bununla bağlı onlarla müqavilə bağamışdır. O, əvvəl də icra məmuruna xurma məhsullunun kənd camahatına məxsus olmasını bildirmiş, lakin sözlərinə məhəl qoyulmamış, məhkəməyə gətirilərək 500 manat cərimə edilmişdir. Həmin həbs qoyulmuş malları öz sahibləri gələrək aparmışdır. İcra məmuru Cavid İsrəfilov onun banka 24000 manat borcu olduğu halda onun torpağını hərraca çıxardaraq satmışdır. Onun əlində banka 95000 manat borcun ödənilməsi ilə bağlı qəbz vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 19 yanvar 2026-cı il tarixli, e-16(4-15)- 4/2026 saylı icra vərəqəsinə əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 16(117)-76/2025 nömrəli qərardadı ilə cavabdeh Şəxs mülkiyyətində olan Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində yerləşən 2.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş soyuducu anbarda taxta və plastik yeşiklərə yığılmış və üzərinə 37672.60 manat həcmində həbs qoyulmuş borcluya məxsus xurma məhsulları icra məmurunun iştirakı ilə satılması və satışdan əldə olunan pul vəsaiti Göyçay rayon İcra və Probasiya şöbəsinin depozit hesabına qoyulması qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin icraatında e-2-2(117)- 1406/2025 nömrəli kommersiya işi üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlaması, Göyçay rayon İcra və Probasiya şöbəsinin depozit hesabına qoyulmuş müvafiq vəsaitin götürülməsi işə mahiyyəti üzrə baxılması ilə bağlı Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-1406/2025 nömrəli işin nəticəsindən asılı edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 19 yanvar 2026-cı il tarixli, e-16(4-15)-4/2026 saylı icra vərəqəsinə əsasında icraata başlanılmışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. “SMS bildiriş” göndərilməsi barədə çıxarışdan görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs icra prosesinin təyin olunması barədə sms xəbərdarlıq göndərilmişdir. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 10:00-da təyin edilmiş icra işi zamanı məlum olmuşdur ki, Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində yerləşən Şəxs məxsus soyuducu anbarın 8-ci kamersında üzərinə həbs qoyulmuş 37672.6 manat həcmində taxta yeşiklərdə olan xurma məhsulları hal-hazırda yoxdur. 8-ci kamera Şəxs tərəfindən ramamilə boşaldılmışdır. Şəxs digər icra işləri zamanı həmçinin hal-hazırki, icra işi zamanı inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş, lakin borclu buna heç bir məhəl qoymayaraq həbs qoyulmuş məhsulları götürmüşdür. Borclu Şəxs hazırda Cinayət Məcəlləsi ilə bağlı xəbərdarlıq edilmiş, akt tərtib edildikdə aktı imzalamamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində vergi məlumatları bölməsində olan çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Vergi Nazirliyində ********** saylı VÖEN ilə qeydiyyatdadır. İşin materiallarından görünür ki, borclu Şəxs tərəfindən həbs qoyulmuş xurma məhsulları götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Qanunun mənasına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmir və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirmir. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələ hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X3 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, "İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsinin 1 -ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olduğu üçün icra sənədinin icra edilməməsi ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olacaqdır. Məhkəmə qətnaməsinin icra edilməməsinə görə şəxsin İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi də bu qətnamənin icra edilməsi üçün qanunda nəzərdə tutulmuş bir mexanizmdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs soyuducu anbarda taxta və plastik yeşiklərə yığılmış və üzərinə 37672.60 manat həcmində həbs qoyulmuş xurma məhsullarını götürərək icra sənədinin icrasını təmin etməmiş, icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51,53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(5-123)-32/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-32/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver