Məhkəmə qərarları › İş №3(5-123)-33/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-33/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-33/2026 29.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonu Çərəkə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2026-cı il tarixdə Göyçay Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Babək Lətifov tərəfindən Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Göyçay RPŞ-nin rəisi, polis polkovniki Müqabil Abdıyev tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki ki, Şəxs xx.xx.2026-cı il tarixdə özünə məxsus Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evində dini mərasimlər təşkil etməklə dini yığıncaqların və dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünə məxsus dövlət qeydiyyatından keçmiş dini kitablar vardır. xx.xx.2026-cı il tarixdə saat 20 radələrində yaşadığı Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evində tanışları ilə birlikdə dini kitablar oxuyaraq mütaliələr etmişlər. Lakin bunun qanunla qadağan olduğunu bilməmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş foto şəkildən də görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs yaşadığı Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evində dini mərasim təşkil etmiş, Şəxs məxsus Quran kitabları və bir sıra digər dini kitablar aşkar edilərək götürülmüşdür. xx.xx.2026-cı il tarixdə Göyçay Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Babək Lətifov tərəfindən tərtib edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:10-da inzibati qaydada tutulmuş və xx.xx.2026-cı il tarixdə saat 16:00-da azad edilmişdir. Göyçay Rayon Polis Şöbəsinin rəisi tərəfindən Göyçay rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Şəxs məxsus Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evindən maddi sübut kimi götürülmüş 01 ədəd dini ədəbiyyat və 11 ədəd dini əlyazma olan dəftərlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və bu səbəbdən də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 515.0.2.-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “X1 haqqında” Azərbaycan Respublikasının qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanunun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs 01 gün Göyçay RPŞ-nin MSY-sində saxlanıldığı müddət nəzərə alınaraq ona təyin ediləcək cərimə cəzası təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən də aşağı təyin edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, şəxsiyyətini, törədilmə şəraitini və inzibati qaydada tutulmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün aşağı həddindən də aşağı cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa maddi sübut kimi götürülmüş 01 ədəd dini ədəbiyyat və 11 ədəd dini əlyazma olan dəftərlər Şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31, 43, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 1300 manat məbləğində inzibati cərimə təyin edilsin. Maddi sübut kimi götürülmüş 01 ədəd dini ədəbiyyat və 11 ədəd dini əlyazma olan dəftərlər Şəxs qaytarılsın. Qərarın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar