Məhkəmə qərarları › İş №3(5-123)-34/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-34/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-34/2026 29.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Göyçay rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2026-cı il tarixdə Göyçay Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Babək Lətifov tərəfindən Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Göyçay RPŞ-nin rəisi, polis polkovniki Müqabil Abdıyev tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki ki, Şəxs xx.xx.2026-cı il tarixdə X1 məxsus Göyçay rayonu, Çərəkə kəndində yerləşən fərdi yaşayış evində dini mərasimlər təşkil etməklə dini yığıncaqların və dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Göyçay rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2026-cı il tarixdə saat 18 radələrində ailəsi ilə birlikdə tanışı Amid adlı şəxsin Göyçay rayonu, Çərəkə kəndində yerləşən fərdi yaşayış evinə Quran dərsləri mütaliə etmək üçün getmişdir. Dərslər hər həftənin çərşənbə axşamı və hər dəfə fərqli məkanlarda olmuşdur. 15-16 dəfə həmin dərslərdə iştirak etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş foto şəkildən də görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs da iştirak etdiyi, dini mərasimlərin təşkil edildiyi X1 məxsus Göyçay rayonu, Çərəkə kəndində yerləşən fərdi yaşayış evindən Quran kitabları və bir sıra digər dini kitablar aşkar edilərək götürülmüşdür. xx.xx.2026-cı il tarixdə Göyçay Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Babək Lətifov tərəfindən tərtib edilmiş inzibati qaydada tutma haqqında AZA № 029894 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuş və xx.xx.2026-cı il tarixdə saat 16:00-da azad edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və bu səbəbdən də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 515.0.2.-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “X2 haqqında” Azərbaycan Respublikasının qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanunun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati qaydada tutma haqqında AZA № 029894 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuş və xx.xx.2026-cı il tarixdə saat 16:00-da azad edilmişdir. Bu səbəbdən də ona tətbiq edilən inzibati cərimənin həddi İXM-in 515.0.2.-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddin, yəni iki min manatın dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, şəxsiyyətini, törədilmə şəraitini və inzibati qaydada tutulmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün yuxarı həddinin dörddə üçündən çox olmamaqla təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31, 43, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar