Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-4/2026 30.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən "xxxx" Fermer Təsərrüfatı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: 18 dekabr 2025-ci il tarixli, 01400-10300/25 nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı ünvan 1 **********) tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2025-ci ilin yanvar ayında **********460, **********073, **********503, **********593 və **********549 nömrəli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 4249.43 ABŞ dolları (7243.03 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməməsini təmin edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Fermer Təsərrüfatı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək gömrük bəyannamələri üzrə ödənişlərinin tam şəkildə həyata keçirildiyini təsdiq edən bank arayışını məhkəməyə təqdim etdiyini, qeyd olunan ödənişlərin tam icra edildiyi nəzərə alınaraq iş üzrə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC-i tərəfindən **********460, **********073, **********503, **********593 və **********549 nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 4249.43 ABŞ dolları (7243.03 manat) məbləğində vəsait müvəkkil bankdakı hesabına köçürülməsinə 30 gün qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXVİİ fəslinə aid edilmiş İXMin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta gömrük qaydaları əleyhinə olan xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İnzibati xəta haqqında protokola əlavə edilmiş **********460, **********073, **********503, **********593 və **********549 nömrəli gömrük bəyannamələrindən görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Rusiya Federasiyasına **********460, **********073, **********503, **********593 və **********549 nömrəli gömrük bəyannamələri ilə göndərilən malın invoys dəyəri 4249.43 ABŞ dollları (7243.03) manat olmuşdur. İnzibati xəta haqqında işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin məktubundan görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC-nə Xaçmaz Gömrük İdarəsində aparılan inzibati xəta haqqında 01400-10300/25 saylı işə xx.xx.2025-ci il tarixdə saat 12:00-da baxılması barədə məktub göndərilmişdir. xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Xaçmaz Gömrük İdarəsində "xxxx" MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirərkən, "xxxx" MMC tərəfindən **********7460, **********0073, **********6503, **********4593, **********8549, **********1411 sorğu nömrəli sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş malların müqabilində qaytarılmalı olan 4249,43 ABŞ dolları (7224,03 manat) məbləğində vəsaitin "xxxx" MMC-in müvəkkil bankda olan hesabına köçürülmədiyi müəyyən edilmişdir.. İnzibati xəta haqqında işə əlavə edilmiş "xxxx" ASC-in Əməliyyatların icrası və Klirinq şöbəsinin müdiri v.i.e Səbinə Cəfərova tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC (**********) gömrük bəyannaməsinin sorğu nömrəsi **********460 üzrə invoys məbləği 44650 AZN, gömrük bəyannaməsi üzrə daxil olan məbləğ məbləği 44650 AZN, gömrük bəyannaməsi üzrə qalıq 0.00 USD, gömrük bəyannaməsinin sorğu nömrəsi **********073 üzrə invoys məbləği 45825 AZN, gömrük bəyannaməsi üzrə daxil olan məbləğ məbləği 45825 AZN, gömrük bəyannaməsi üzrə qalıq 0.00 USD, gömrük bəyannaməsinin sorğu nömrəsi **********503 üzrə invoys məbləği 46305 AZN, gömrük bəyannaməsi üzrə daxil olan məbləğ məbləği 46305 AZN, gömrük bəyannaməsi üzrə qalıq 0.00 USD, gömrük bəyannaməsinin sorğu nömrəsi **********593 üzrə invoys məbləği 46182.5 AZN, gömrük bəyannaməsi üzrə daxil olan məbləğ məbləği 46182.5 AZN, gömrük bəyannaməsi üzrə qalıq 0.00 USD və gömrük bəyannaməsinin sorğu nömrəsi **********549 üzrə invoys məbləği 44532.5 AZN, gömrük bəyannaməsi üzrə daxil olan məbləğ məbləği 44532.5 AZN, gömrük bəyannaməsi üzrə qalıq 0.00 USD göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına görə müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsi xahiş olunan və müxtəlif yanaşmalara səbəb olan “əldə edilmiş” müddəası ilə bağlı göstərilməlidir ki, “Valyuta tənzimi haqqında” Qanunun və Qaydaların müvafiq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanılmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMC (**********) **********460, **********073, **********503, **********593 və **********549 nömrəli gömrük bəyannamələri əsasında icrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 4249.43 ABŞ dolları (7243.03 manat) məbləğində vəsaiti müvəkkil bankda olan hesabına "xxxx" ASCin xx.xx.2026-cı il tarixli arayışa əsasən köçürərək İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı aradan qaldırdığından, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: "xxxx" Fermer Təsərrüfatı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(5-123)-4/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-4/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver