Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(5-123)-51/2026 27.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Camalzadə Cavid Əhməd oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Gəncə şəhər BPİ-nin X2 şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Gəncə şəhər BPİ-nin X3 şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı “Elektron məhkəmə” informasiya sisteminə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, Abbasov X1 rayonu, Poladlı Ə/D, Qozqaralı kəndində qeydiyyatdadır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərabcay Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Gəncə şəhər BPİnin X2 şöbəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-in 109 və 110-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Gəncə şəhər BPİ-nin X2 şöbəsində Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Hakim: Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-51/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(5-123)-51/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver