Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-59/2026 30.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Mehdiyeva Ləman Vidadi qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Göyçay rayonu, Bığır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən xx.xx.2026-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 8(046)-75/2025 nömrəli icra vərəqəsi əsasında ödəməli olduğu aliment borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən tələbkar Zərərçəkmiş şəxs ödəməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahatında bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin qərarı ilə Zərərçəkmiş şəxs ilə nikahları pozulduqdan sonra iki uşağı – xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011ci il təvəllüdlü X11 onunla birlikdə qalır, digər övladı xx.xx.2008-ci il təvəllüdlü X12 isə anası ilə birlikdə yaşayır. Rəhmanlı Radmila isə onun doğma uşağı olmadığı üçün məhkəmə qərarı ilə atalığı ləğv edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qərara əsasən o bir uşağa görə Zərərçəkmiş şəxs aliment ödəməli olduğu halda, Zərərçəkmiş şəxs iki uşağa görə ona aliment ödəməlidir. Lakin, bu vaxta kimi Zərərçəkmiş şəxs ona məhkəmə qərarı ilə iki uşağa görə təyin edilmiş aliment məbləğinin ödəməmiş, əvəzində isə ondan aliment borcu tələb etmişdir. Zərərçəkmiş şəxs aliment borcunu ödəmədiyi üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmçinin aliment məbləğinin indeksasiya olunması üçün Göyçay Rayon Məhkəməsinə ərizə vermişdir. Hal-hazırda himayəsində olan iki uşağı öz vəsaiti hesabına saxladığını, bu vaxta kimi 500 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödədiyini, hal-hazırda isə 300 manat ödəmək imkanında olduğunu qeyd etmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs tərəfindən aliment borcu üzrə hal-hazırkı vaxtadək 500 manat məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs ödənilmiş və ümumi aliment borcu isə 11628 manat təşkil edir. Belə ki, bir uşağa görə 2018-2025-ci illər arası 9500 manat, 2025-ci il tarixdə məhkəmə qərarı əsasında aliment məbləğinin indeksasiya olunması nəticəsində 2128 manat olmaqla, cəmi 11628 manat aliment borcu yaranmışdır. xx.xx.2010cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X11 ataları Şəxs ilə birlikdə qaldıqları üçün Zərərçəkmiş şəxs məhkəmə qərarı ilə aliment məbləğini ödəməli, xx.xx.2008-ci il təvəllüdlü X12 isə anası ilə birlikdə yaşadığı üçün Şəxs aliment pulu ödəməlidir. xx.xx.2016-cı il təvəllüdlü Rəhmanlı Radmilanın məhkəmə qərarı əsasında Şəxs uşağı olmadığı təsdiqləndiyi üçün həmin uşağa görə aliment məbləği hesablanmamışdır. Tələbkar Zərərçəkmiş şəxs da Şəxs aliment borcu olduğu üçün qarşılıqlı əvəzləşdirmə nəticəsində qalıq qalmış təxminən 3000 manat məbləğində aliment borcunu Şəxs tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən xx.xx.2026-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs aliment məbləği üzrə ümumi borcu 11628 manat təşkil edir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-428/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-576/2023 nömrəli qətnaməsinə əsasən iddiası qismən təmin edilmiş, cavabdeh Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şəxs verilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(046)-75/2025 nömrəli icra vərəqəsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-428/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddində indeksasiya olunmuşdur. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və həmin tarixli bildirişdən görünür ki, Şəxs 10 gün müddətində Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(046)-75/2025nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs adına elektron sistemdə hər hansı əmək müqaviləsi, pensiya, təqaüd və sair gəlirlər barədə məlumatlar yoxdur, həmçinin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2026-cı il tarixli, 12707 nömrəli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 300 manat məbləğində pul tələbkar Zərərçəkmiş şəxs depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması; tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi; icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında iş materialına əlavə edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, Göyçay Rayon Məhkəməsinin qərarı ilə Zərərçəkmiş şəxs ilə nikahları pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X11 ataları Şəxs ilə birlikdə qalmış, həmin vaxtdan etibarən hər iki uşağa o qulluq etmiş və Zərərçəkmiş şəxs məhkəmə qərarı ilə hər iki uşağa görə X7 200 manat məbləğində aliment ödəməsi qərara alınmışdır. xx.xx.2016-cı il təvəllüdlü Rəhmanlı Radmila isə X6 doğma uşağı olmadığı üçün məhkəmə qərarı ilə atalığı ləğv edilmişdir. Halhazırda X11 yalnız bir uşağa - xx.xx.2008-ci il təvəllüdlü X8 görə Zərərçəkmiş şəxs aliment ödəməlidir. Şəxs və icra məmuru X1 məhkəmə iclasında verdikləri izahatlardan məlum olur ki, Zərərçəkmiş şəxs Şəxs xeyrinə iki uşağa görə 200 manat məbləğində aliment ödəməli olsa da, həmin öhdəliyini bu günədək yerinə yetirməmiş və nikahları pozulduqdan sonra Şəxs hər iki uşağa tək baxmağa məcbur olmuşdur. Bunun əvəzində isə Zərərçəkmiş şəxs xx.xx.2008-ci il təvəllüdlü X8 görə aliment məbləği tələb etmiş və hal-hazırki müddətə kimi Şəxs 800 manat məbləğində aliment borcunu ödəmişdir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Şəxs bir valideyn kimi hal-hazırda iki uşağın qayğısına qalır, onların bütün maddi ehtiyaclarını ödəyir, həmçinin ödəməli olduğu aliment məbləği üzrə də xx.xx.2026-cı il tarixdə 300 manat məbləğində ödəniş edərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyini göstərmişdir. Nəzərə almaq lazımdır ki, Şəxs hal-hazırki maddi vəziyyəti bütün tələbi ödəməyə tam kifayət etmir, eləcə də onun da Zərərçəkmiş şəxs qarşı aliment borcu üzrə tələbi vardır. Hansı ki, Zərərçəkmiş şəxs iki uşağa görə Şəxs hər ay 200 manat məbləğində aliment məbləğini ödəməli olduğu halda həmin öhdəliyi icra etməmişdir. Odur ki, Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi faktı öz təsdiqini tapmadığı üçün Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-428/2018 saylı və xx.xx.2025-ci il tarixli, 8(046)-75/2025 saylı icra vərəqələrinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 30 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-59/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-59/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver