Məhkəmə qərarları › İş №3(5-123)-63/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-63/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-63/2026 23.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Royal-R MMC barəsində inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Royal-R MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2026-cı il tarixdə ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir ona görə ki, "xxxx" MMC tərəfindən 52080.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 28 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"mn 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 52080.00 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə baxışı vaxtı və yeri barədə Royal-R MMC-yə məlumat verilmiş, lakin inzibati xəta törətmişin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. E-məhkəmə sistemi çıxarışdan görünür ki, Royal-R MMC-nin qanuni təmsilçisi X1r. Royal-R MMC Vergilər Nazirliyində qeydiyyatdadır. Təqdim edilmiş materiallardan görünür ki Royal-R MMC hüquqi şəxs hesab edilir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, Royal-R MMC 52080.00 ABŞ dolları bank hesabından xx.xx.2023-cü il tarixdə Respublikadan kənara avans yolu ilə köçürmüş, Ödənişin aparıldığı gündən 02 il keçməsinə baxmayaraq 52080.00 ABŞ dolları vəsaiti hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Royal-R MMC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 430.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Royal-R MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Royal-R MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Royal-R MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub qərar verdi: Royal-R MMC-yə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan 52080.00 ABŞ dollarının iyirmi faizi miqdarında 10.416 ABŞ dolları məbləğində inzibati cərimə təyin edilsin. Təyin edilmiş 10.416 ABŞ dolları məbləğində cərimə ödəniş gününə Azərbaycan manatı ilə hesablansın. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar