Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(5-123)-77/2026 06.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, “Şəxs” (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: “Şəxs” tərəfindən Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol xx.xx.2026-cı il tarixli, MN № ******* saylı qərardala aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsindən daxil olmuş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı “Şəxs” MMC (VÖEN: **********) tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olması müəyyən edilmiş, şirkət tərəfindən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsinin təmin edilməsi məqsədilə X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-113641/2025 nömrəli icrası məcburi göstəriş məktubu şirkətin qeydiyyatda olduğu Göyçay rayonu Cəyirli kəndində yerləşən ünvanına göndərilmiş, lakin həmin göstərişin icrası ilə bağlı şirkət tərəfindən hər hansı məlumat daxil olmamış və bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə “Əmək və məşğulluq” altsistemində elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olması qeyd edilsə də, konkret olaraq “Şəxs” tərəfindən hansı işçinin (və ya işçilərin) əmək müqaviləsinin (və ya müqavilələrinin) elektron sənəd formasına keçirilməməsi barədə hər hansı sənəd və ya elektron çıxarış iş materiallarına əlavə edilməmiş, yalnız ümumi sözlərlə kifayətlənərək tərtib edilmiş sənədlər məhkəməyə göndərilmişdir. Halbuki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olması müəyyən edilirsə, həmin sənədlər və iş üzrə sübut əhəmiyyətli digər məlumatlar X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən iş materiallarına əlavə edilə və məhkəməyə təqdim oluna bilərdi. Qeyd olunan sənədlər təqdim olunmadığı təqdirdə məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirliyini müəyyən etmək mümkün olmur. Belə ki, hakim inzibati xətalar haqqında işlərə baxarkən işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasını təmin etməli və inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxsi inzibati məsuliyyətə cəlb etməlidir. X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda və iş materiallarında isə “Şəxs” tərəfindən Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı qeyd edilsə də, bu faktı təsdiq edə biləcək hər hansı sübut əhəmiyyətli dəlil həmin materiallara əlavə edilməmişdir. Göründüyü kimi məhkəməyə daxil olmuş iş materialları natamamdır və inzibati xəta haqqında işə baxılarkən həmin xüsusatları tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə sübut edilməli olan haldır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Şəxs” (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə geri qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(5-123)-77/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(5-123)-77/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver