Məhkəmə qərarları › İş №3(5-123)-9/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-9/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-9/2026 14.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, xx.xx.1971 ildə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən çayxanada Rəşad Məmmədov, Nihad İsmayılov, Akşin Umarov və Cavid Əzizov ilə birlikdə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. İnzibati xətanın baş verməsi inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu Çərəkə kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən çayxanada tanışları olan Rəşad Məmmədov, Nihad İsmayılov, Akşin Umarov və Cavid Əzizov pul müqabilində kart oyununda iştirak etmişlər. Həmin vaxt onlara çay vermişdir. Həmin vaxt çayxanaya polis əməkdaşları daxil olmuş və onların qumar oynadıqlarını görüb onlara yaxınlaşmış, masanın üstündə qumara qoyulmuş 15 manat pulu və 36 ədəd kartı götürmüşlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, 5 nəfər (onların arasında Şəxs da var) masa ətrafında əyləşib kart oynayırlar, onlara yaxınlaşan mülki geyimdə olan şəxslər masanın üzərində olan 36 ədəd kartı və 15 manat pul əskinazları götürürlər. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola 15 manat pul vəsaiti və 36 ədəd kart əlavə edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli qərarların surətindən görünür ki, X1 və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 15 manat pul vəsaiti və 36 ədəd kart müsadirə edilməklə 2000 manat məbləğində cərimə edilmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 028160 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 02:15-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 10.00-da azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə İş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati cərimə növündə inzibati tənbehin həddi İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, 36 (otuz altı) ədəd oyun kartı, habelə qumara qoyulmuş 15 (on beş) manat pul vəsaiti müsadirə edilməklə, 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar