Məhkəmə qərarları › İş №3(5-123)-92/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-92/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-92/2026 09.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İmişli rayonu, Cavadxanlı kəndində qeydiyyatda olmaqla, hal-hazırda Göyçay rayonu, Potu kəndində yaşayan Şəxs (Ş/V: AA******* / FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(012)-447/2025 nömrəli icra vərəqəsinə əsasən 2(012)-6640/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti olaraq, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, borclu Şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(012)-447/2025 nömrəli icra vərəqəsi üzrsüz səbəbdən icra ediməmiş və onun aliment borcu yaranmışdır. Belə ki, həmin icra vərəqəsinə əsasən o xx.xx.2025-ci il tarixindən etuarən hər bir uşağa görə 148 manat olmaqla, üç uşağa görə hər ay iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 444 manat məbləğində aliment ödəməlidir. Lakin, borclu Şəxs qeyd olunan məbləği tam şəkildə ödəməmiş və halhazırda onun iddiaçı Zərərçəkmiş şəxs ümumilikdə 1040 manat məbləğində aliment borcu yaranmışdır. Hal-hazırda da borclu Şəxs aliment borcundan hər hansı məbləği maddi vəziyyətinə görə ödəmək iqtidarında olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(012)-447/2025 nömrəli icra vərəqəsinə əsasən o, üç uşağa görə hər ay iddiaçı Zərərçəkmiş şəxs ümumilikdə 444 manat məbləğində aliment ödəməlidir. Lakin, maddi vəziyyəti pis olduğu üçün həmin tələbi tam icra edə bilmir. İcra vərəqəsi qəbul edildiyi vaxtdan etibarən xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2026-cı il tarixdə isə 50 manat məbləğində aliment borcunu iddiaçı Zərərçəkmiş şəxs ödəmişdir. Hal-hazırda isə aliment borcu üzrə hər hansı məbləği ödə bilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(012)-447/2025 nömrəli icra vərəqəsinə əsasən 2(012)-6640/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti olaraq, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il-ci il tarixli, 16(012)-447/2025 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərar tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, borclu Şəxs "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqısı 400 manatdır. Eləcə də, adında hər hansı daşınar və ya daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(012)-447/2025 nömrəli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödəməli olduğu aliment məbləği üzrə borcunun olması səbəbilə xx.xx.2026-cı il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə Şəxs məhkəmə prosesinə qədər Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(012)-447/2025 nömrəli icra vərəqəsinə əsasən ödənilməli olduğu borc məbləği üzrə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər-hansı ödəniş etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(012)-447/2025 nömrəli icra vərəqəsinin icrasını təmin etməmiş və bununla da aliment borcunun ödənilməsinə laqeydlik göstərərək icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Azərbaycan Respublikası İXM-in 30-cu maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin maddənin 2-ci bəndinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Borclu Şəxs məhkəmə iclasında hər hansı əlilliyinin olmadığını bildirmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbeh növünün tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyətin qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olardı. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbeh növünün tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 30, 31, 43, 114, 115 və 128-130-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh növü tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 9 fevral 2026-cı il tarixdən saat 17:15-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar