Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(5-123)-93/2026 11.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Camalzadə Cavid Əhməd oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Tovuz Rayon Polis Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində məhkəmə tərəfindən iş materialları və “Elektron məhkəmə” informasiya sistemi üzrə məlumatlar araşdırılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Tovuz rayonu, Dondar Quşçu Ə/D, Dondar Quşçu kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 106.0.1-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinə əsasən, işin baxılması hakimin səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında protokol və digər materialların aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Şəxsin vəsatəti olduqda işə onun yaşayış yeri üzrə baxıla bilər. Məhkəmə qeyd edir ki, inzibati xətanın törədildiyi yer və barəsində icraat aparılan şəxsin yaşayış yerinin Tovuz rayonu ərazisinə aid olması işin ərazi aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə aid olduğunu göstərir. Ərazi aidiyyəti inzibati icraatın obyektiv, operativ və qanunauyğun aparılmasının əsas təminatlarından biri hesab olunur. Aidiyyət qaydalarına riayət edilməməsi məhkəmə aktının qanuniliyinə təsir göstərən prosessual pozuntu kimi qiymətləndirilir. Bundan əlavə, işin aidiyyəti üzrə baxılması şəxsin müdafiə hüququnun və ədalətli araşdırma prinsipinin təmin edilməsi baxımından zəruridir. Azərbaycan Respublikası İXM-in 43-cü maddəsinə əsasən inzibati məsuliyyət tədbirləri yalnız qanunla müəyyən edilmiş qaydada tətbiq edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və iş materialları aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 106, 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və iş materialları baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-93/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(5-123)-93/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver