Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-95/2026 23.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə m ü ə y y ən e t d i : Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə İXM-nin 485.2-ci maddəsi ilə 00100-00408/26 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC ünvanına “Berkut" adlı qəmi vasitəsi ilə gələn Bakı Bas Gömrük idarəsində 11,08.2025-ci il tarixli **********8581 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük idarəsində bəyan edildiyi. lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, “Berkut” adlı qəmi vasitəsi ilə "xxxx" MMC -nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində "Beynəlxalq Dəniz Ticarəti Limam" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir. İş materiallarına əlavə edilmiş raportdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) ünvanına ı:Berkut” adlı gəmi vasitəsi ilə gələn yük, **********8581 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin idxalatçı tərəfindən sərhəd gömrük orqanını keçən zaman Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs MMC hüquqi şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Şəxs MMC-yə İXM-nin 485.2-ci maddəsinə əsasən 1500 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(5-123)-95/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-95/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver