Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(5-124)-111/2026 11.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyəddin qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdim: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tarixdə “VAZ 21214” minik markalı, 20DY668 Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozmuşdur. Bu əsasla barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 327.1, 332.1 və 327.6-cı maddəsinə əsasən 100 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemində olan şəxsi məlumatlarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bəylərov X1 rayonu, Əsrik kəndində qeydiyyatdadır. Belə ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi hərəkətsizlikdə ifadə olunduğundan İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta fiziki şəxsin qeydiyyat ünvanında törədilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyatı üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-111/2026
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(5-124)-111/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver