Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-12/2026 09.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə, zərərçəkmi şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də yağlayan işləyən, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Göygöl Rayon Polis X2 araşdırma aparılmış və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. 03 oktyabr 2015-ci il tarixdə Şəxs Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində küçədə Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs İXM 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 03 oktyabr 2025-ci il tarixdə, saat 11-12 radələrində yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evdə olarkən küçədən səs gəldiyini eşitmişdir. Küçəyə çıxdıqda əmisi oğlu ilə Aytənin söhbət etdiklərini, Aytənin yüksək səslə danışmasını görmüşdür. Aytən onlara 10 manat suya görə pul vermələrini bildirmişdir. O, Aytənə sənin nəyinə lazımdır su pulu yığan gəlib özü yığsın suyuda düzəltdirsin demişdir. Aytən həmin vaxt ona siz poxsaxxanada yaşamağa öyrənibsiz demişdir. O, Aytənə çıxıb getməsini onun nəyinə lazım olmasını bildirmişdir. Sonra nənəsi gəlmişdir. Aytən onlarla əl-qol ilə danışdığı üçün nənəsi elə bilmişdir ki, Aytən onlarla dalaşır. Nənəsi aralığa girərkən Aytən əli ilə nənəsini itələmiş və nənəsi yerə yıxılmışdır. O, Aytənə qadın olmasını yoldaşını çağırmasını onunla söhbət edəcəklərini bildirmişdir. Aytən gedib yoldaşı Məhərrəmi gətirmişdir. O, Məhərrəmə yoldaşını aparıb evə qoymasını sonra onunla söhbət edəcəyini demişdir. Məhərrəm yoldaşı Aytəni apardıqdan sonra geri qayıtmışdır. O, Məhərrəmə demişdir ki, sənin yoldaşının nəyinə lazımdır gəlib onlardan su pulu istəyir. Su pulu yığan Sahil müəllimdir o gəlib istəsin. Sonra qonşular gəlmişdir. Məhərrəm ona onun xətrini istəməsini qonşuluqda bir-birilərinə pis olmamalarını bildirmişdir. Sonra çıxıb getmişlər. O, Aytən xanıma qarşı heç bir təhqiredici ifadə işlətməmişdir. Ona yalnız Aytən xala çıx evinə get demişdir. O, isə ona xala sənin evindəkilərdir demişdir. Əgər xala sözü nalayiq ifadədirsə ona görə üzr istəyə bilər. Araşdırmanın düzgün aparılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Arazın dediklərində heç bir həqiqət yoxdur. Su xətlərində nasazlıq olduğu üçün o qonşularına gəlin əl-ələ verib suyu düzəltdirək demişdir. xx.xx.2025-ci il tarixdə Arazın qapısına pul istəmək üçün getməmişdir. Əvvəllər onların qonşu kimi bir-birilərinə heç bir hörmətsizlikləri olmamışdır. O, Arazın əmisi oğlu Eşqinin qapıda dayanıb maşın düzəltməsini görüb Eşqinə yaxınlaşaraq gəlin kimin nəyə gücü çatırsa əl-ələ verib suyu düzəltdirək demişdir. Eşqin ona heç bir təhqiredici söz işlətmədən demişdir ki, biz yol düzəltdirəndə siz harda olmusuz. Bu zaman Araz gəlib ona əl-qol atmağa başlamışdır. Ona yaxşı etmələrini, hamıdan artıq olmalarını, istəsə onun üzərindən kamazla keçə bilər demişdir. Bu zaman qırmızı rəngdə olan maşınla bir oğlan gəlib Arazı sakitləşdirmişdir. Araz həmin vaxt ona ay cındır, ay nəslin kökün bu olsun deyərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Mübahisə vaxtı Arazın nənəsi orada olmamışdır. O bu barədə yoldaşına demişdir. Sonra isə Arazın valideynlərinə zəng edərək məlumat vermişdir. Arazın valideynləri onunla çox yaxşı danışaraq ona hazırda dağdan gəlmələrini, Arazı gətirib onun qapısında ondan üzr istədəclərini demişlər. Aradan bir-iki saat keçdikdən sonra Arazın əmisi Eyvaz, qardaşı, atası və qonşuları onun qapısına gəlmişlər. O, Arazın valideynlərindən Arazın gəlib onlardan üzr istəməsini istəmişdir. Arazın atası Arazın dağa getməsini onu üzr istəməsi üçün gətirəcəyini demişdir. Onu 4 gün gözləsədə Araz gəlib üzr istəməmişdir. Arazın həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, 03 oktyabr 2025-ci il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində əmisi evində olarkən qapı döyülmüş o çölə çıxmışdır. Çölə çıxdıqda qonşu Aytən xanımı görmüşdür. Aytən xanım ona su artizanına görə 10 manat pul yığmalarını demişdir. O, Aytən xanıma atasının evdə olmamasını, atası gəldikdən sonra pul verəcəyini demişdir. Bu zaman Aytən xanım ona siz iki qonşu bir işə yaramırsız. O, demişdir ki, Aytən xala onun pulu yoxdur, atası gələndə verəcəkdir. Bu zaman Aytən yüksək səslə ona xala nədir xala evinizdəkilərdir demişdir. Sonra səsə Araz çölə çıxmışdır. Onlar Aytənə yol düzəltdirəndə də onların pul verməməsini bildirmişlər. Sonra aralarında mübahisələri yaranmışdır. Araz ona qadın olmasını çıxıb getməsini aralarında dava-dalaş olmamasını bildirmişdir. Bu zaman nənəsi çölə çıxmışdır. Aytən Arazı vurmaq istəyəndə nənəsi qabağa keçmiş Aytən nənəsini əli ilə itələmiş, nənəsi yerə yıxılmışdır. Araz Aytənə qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Suya görə pul istədikdə onlar pullarının olmamasını bildirmişlər Aytən isə onlara siz iki ailədə poxsaxlıqda yaşamağa öyrənibsiz demişdir. Sonra Aytən yoldaşını gətirmişdir. Onlar Aytənin yoldaşı Məhərrəmə demişlər ki, yoldaşını evə aparsın. Məhərrəm özüdə Aytəni sakitləşdirə bilməmişdir. Həmin yerdə Məlahət və Zöhrə adlı qonşularıda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirdi ki, o, hadisə vaxtı orda olmamışdır. Evində olmuşdur. Sonra yoldaşı gəlib ona bildirmişdir ki, Araz onun yaxasından tutaraq onu təhqir etmişdir. Hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, Zərərçəkmiş şəxs və Şəxs onun qonşularıdır. Onlarla heç bir ədavəti yoxdur. Həmin gün işdən çıxıb evə gələrkən görmüşdür ki, küçədə səs-küy var. Aytənin yoldaşı Aytəni evinə aparmaq istəyirdi. Arazın nənəsinin dodağı qanamışdı. Soruşduqda demişdir ki, Aytən onu itələyib, o da yerə yıxılıbdır. Su nasazlığına görə pul yığırdılar. Buna görə Arazla Aytənin aralarında mübahisə olmuşdur. O, Arazın Aytənə nəsə deməsini eşitməmişdir. X9 yoldaşı Məhərrəmə Aytəni evinə apar deməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında bildirdi ki, Zərərçəkmiş şəxs və Şəxs onun qonşularıdır. O, 5 ildir onlarla qonşudu. Həmin gün küçəyə çıxanda görmüşdür ki, küçədə səs-küy var. Aytənin Şahingilin qapısında Araza əlqol atmasını görüb həmin yerə getmişdir. Araz həmin vaxt and içirdiki pulu yoxdu atası gəlsin verəcək. Arazın nənəsi Fatmanın yerə yıxılıb dodağı qanamasını görmüşdür. Araz nənəsini yerdən qaldırırdı. Arazın Aytənə hər hansı bir nalayiq söz deməsini eşitməmişdir. O, həmin yerə getməmişdən əvvəl dava başlamışdır. Sonra o, evinə gəlmişdir. İşdə olan Göygöl Rayon Polis X3 təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 18 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan Şəxs polis şöbəsində verdiyi izahatından görünür ki, o, yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində Zərərçəkmiş şəxs ilə aralarında su üstündə sözlə mübahisə olmuşdur, bir qədər uca səslə danışmışlar. Aytən ona nalayiq söz dediyində, o da ona demişdir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmişin ifadəsi və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə dindirilmiş Şahid1 inzibati xəta törədənin əmisi oğlu olmasını və digər şahidlər yaşlı olmaqla hadisənin əvvəlini görmədiklərini bildirmələri səbəbindən onların ifadəsi mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Оdur ki, məhkəmə törədilmiş inzibаti xətаnın xаrаkterini, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hаllаrını nəzərə аlаrаq Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İXM-in 510-cu mаddəsi ilə təqsirli bilərək həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulan inzibаti həbs növündə tənbeh edilməsini məqsədə müvаfiq hesаb edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli xx.xx.2026-cı il tarixdən saat 17:00-dan hesablansın. Qərаrın icrаsı Göygöl RPŞ-nin X7 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(5-124)-12/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-12/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver