Məhkəmə qərarları › İş №3(5-124)-13/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-13/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-13/2026 08.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Göygöl rayonu Haça Qaya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə çıxış edərək borclunun ödənişini etdiyini, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, borcu tam ödəməyə hazırdır. İş materiallarında olan: Abşeron Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(012)-1501/2025 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər il sonralkı artımlar nəızərər alınmaqla hər ay hər uşaq üçün minmum əmək haqqının 0.375 misli həddində aliment xx.xx.2025-ci il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. İşdə olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(012)- 1501/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(012)-1501/2025 nömrəli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Şəxs bildirişi xx.xx.2026-cİ il tarixdə imzalayaraq qəbul etmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli Göygöl rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş protokolda borclu Şəxs İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta törətdiyini, bu günkü tarixdə borclunun 2400 manat aliment borcu olduğu, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Borclu Şəxs Göygöl rayon İcra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, icra işindən xəbərdardır. Hal-hazırda işləmir. Valideynləri xəstədir, ona görə də aliment borcunu tam şəkildə ödəyə bilmir. Bugünə qədər 1200 manat borcdan ödəyib, qalan borcunu isə hissə-hissə ödəyəcək. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(012)-1501/2025 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər il sonralkı artımlar nəızərər alınmaqla hər ay hər uşaq üçün minmum əmək haqqının 0.375 misli həddində aliment xx.xx.2025-ci il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. Ancaq borclu Şəxs icra sənədi üzrə öhdəliyi tam yerinə yetirməmişdir. Bundan sonra Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və əlavə sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesi gedişində yaranmış borc tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin tövsifinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki halda barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən borc tam ödənilmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar