Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(5-124)-16/2026 14.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X2 22 oktyabr 2025-ci il tarixli, EQ 30108142 nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdim: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş EQ 30108142 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalər Məcəlləsinin 61.1.6.-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İşdə olan sənədlərlə müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar X1 barəsində qəbul edilsə də, həmin qərardan X4 tərəfindən məhkəməyə şikayət verilərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş, şikayətə barəsində inzibati tənbeh vermə haqda qərar qəbul edilmiş şəxsi təmsil etmək səlahiyyətinin X3 verilməsi barədə heç bir sənəd əlavə edilməmiş və şikayət X2 adından verilmişdir. Bununla da barəsində inzibati tənbeh vermə haqda qərar qəbul edilmiş şəxs tərəfindən deyil, onu təmsil etməyə səlahiyyəti olmayan və göstərilməyən şəxs tərəfindən şikayətin verilməsi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, göstərilən çatışmazlıqlar olduğundan, şikayət səlahiyyəti olmayan və göstərilməyən şəxs tərəfindən verildiyindən və şikayətə qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmədə baxılması mümkün görünmədiyindən, X2 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldım: X4 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(5-124)-16/2026
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(5-124)-16/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver