Məhkəmə qərarları › İş №3(5-124)-19/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-19/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-19/2026 30.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi ilə, X3 iclas katibliyi, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə və inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakları ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9–cu maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33175631 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: AR DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, EQ 33175631 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla X5 “KİA FORTE MİNİK” minik markalı **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, 236A Atatürk prospekti ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar verilmiş şəxs X1 Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33175631 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33175631 nömrəli inzibati tənbeh vermə haqqında qərarla cərimə olunmuşdur. Bildirir ki, ona məxsus olan 09QS234 Dövlət Qeydiyyat nişanlı “KİA FORTE MİNİK” avtomobilini xx.xx.2026-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 236 A ünvanında heç bir qadağan nişanı olmayan ərazidə avtomobili park edib ancaq, ona İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə görə 60 AZN və 2 cərimə balı tərtib edilmişdir. İXM-nin 346.9-cu maddəsində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına görə cərimə qeyd edilmişdir. Ancaq, o, avtomobilini park etdiyi yer səkinin heç bir göstəricisinə uyğun deyildir və həmin ərazidə parklanmanı qadağan edən heç bir əlavə nişan tərtib edilməmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında şikayəti müdafiə edərək, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, maşını saxladığı yerdə dayanma durma ilə bağlı hər hansı yol nişanı yox idi. Orada restoran vardır, həmin gün eyni vaxt bir neçə şəxsə bununla bağlı cərimə gəlmişdir. Qərarın əsassız olduğunu iddia edir. Məhkəmə iclasında iştirak edən AR DİN-in Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Bildirdi ki, “Yol hərəkəti qaydaları haqqında” qanunda maşınların saxlanması ilə bağlı qaydalar öz əksini tapmışdır. Səkidə dayanma ilə bağlı heç yerdə nişan qoyulmadığını bildirdi. Hadisə yerinin videogörüntülərini məhkəməyə təqdim etdi. Video görüntüdə qeyd edilən yer inzibati xətanın törədildiyi yer olması tərəflər təsdiq etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33175631 saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X2 idarə etdiyi “KİA FORTE MİNİK” markalı **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, 236A Atatürk prospekti ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı video görüntü tərəflərin iştirakı ilə nəzərdən keçirilmişdir. Görüntüdə 09QS234 Dövlət Qeydiyyat nişanlı “KİA FORTE MİNİK” markalı avtomobilin dayandığı yerin görüntüləri əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 346.9–cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 100 manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinə əsasən: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 16) səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir;

7. İİ. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək;

52. İİ. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “KİA FORTE MİNİK” markalı **- QS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, 236A Atatürk prospekti ərazisində olan səki hissədə saxlanılmış, bu əsasla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2026-cı il tarixli, EQ 33175631 saylı qərarla 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 346.9–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və xx.xx.2026-cı il tarixli, EQ 33175631 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134- 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9–cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33175631 saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar