Məhkəmə qərarları › İş №3(5-124)-20/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-20/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-20/2026 02.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, qərardan şikayət verən şəxs X3, qərarından şikayət verilmiş orqan Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564–cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla X6 AR DİN-nin 102 xidmətinə zəng edərək anası X21 İlyasovanın döyməsi ilə bağlı yanlış məlumat vermiş və İXM-nin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞ tərəfindən barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, MN ******* inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə barədə qərarın qanunsuz hesab edilməklə ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 12-19-da Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzi sisteminə müraciət edərək qonşuluqda yaşayan X25 adlı qadın tərəfindən anası X7 vurulması barədə məlumat vermişdir. Ona görə ki, xx.xx.2025-ci il tarixdə Araz Süleymanov ilə Aytən İlyasovanın küçədə gedən mübahisəsi zamanı anası X17 yaxınlaşaraq onu sakitləşdirməyə çalışarkən Aytən İlyasova anasını itələyib anası isə üzü qapıya dəyib yerə yıxılıb və ağzı qanayıb. Bütün bunlara baxmayaraq Göygöl rayon PŞTB tərəfindən Aytən İlyasovanın barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılması əvəzinə cinayət işi başlanmasının rədd qərarı çıxarıldığı bəs deyilmiş kimi, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişlər. Araz Süleymanovun barəsində isə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, Göygöl rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati həbs edilmişdir. Həmin qərardan da apellyasiya şikayəti verilmişdir. Hazırda anası cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan şikayət vermişdir. Qeyd etmək lazımdır ki, Göygöl rayon Məhkəməsində inzibati işin icraatı zamanı dindirilən şahidlərin hər biri X28 Süleymanovanı itələyib ona xəsarət yetirməsini bildirmişlər. Belə ki, şahid X4 Aytəni sakitləşdirməsini, şahid X5 Aytənə təhqiredici heç bir söz demədiyini, X2 Şahingilin qapısında Araza əl-qol atmasını görməsini, Arazın isə pulu olmadığını və atası gələndə pulu verə biləcəyini deməsini bildirmişlər. O, hazırkı şikayəti üzrə keçəcək məhkəməyə həmin şahidləri və onlardan X24 və X8 şahid qismində məhkəməyə gətirəcək. Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinin tərkibini yaradır. Halbuki, qeyd etdiyi faktlar onun polis orqanını yalandan çağırmadığını, Aytən İlyasovanın 88 yaşında olan anasını itələməsini və onun xəsarət almasını bir daha təsdiq edir. Məhkəmə iclasında iştirak edən X6 çıxış edərək bildirmişdir ki, keçən il Aytən adlı şəxs su pulu yığmaq adı ilə onların evinə yaxınlaşıb, uşaq ona xala deyə müraciət etdiyinə görə mübahisə yaranıb. Mübahisə zamanı onun 80 yaşlı anasını yıxıb və o xəsarət alıb. Qonşular buna şahiddir. Qadın olduğu üçün mübahisəni orada sonlandırıblar. Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə ilə Aytən adlı şəxs qohumdur. Hadisədən 2 gün sonra yenidən gəlib və onun qardaşı oğlu Süleymanov Araz ilə aralarında mübahisə yaranıb o, 102 xidmətinə zəng vurub. Aradan 3 ay keçəndən sonra şahid, sübut olmadan Süleymanov Araza inzibati həbs veriblər. Hadisənin 2025-ci ilin oktyabr ayının 3-də baş verdiyini bildirib. Protokolu yanvar ayının 8-də alıb. Məhkəmə iclasında iştirak edən Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, Süleymanov Eyvaz polis şöbəsinə zəng vuraraq Aytən adlı şəxsin onun anasını döyməsini bildirmişdir. Dəfələrlə polis şöbəsinə dəvət olunmasına baxmayaraq gəlməmiş, ekspert rəyinin təqdim olunmasını bildirmişdir. Protokol 2026-cı ildə tərtib olunub, Süleymanov Araza inzibati həbs verildiyi gün Eyvaza təqdim edilib. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 AR DİN-nin 102 xidmətinə zəng edərək anası X21 İlyasovanın döyməsi ilə bağlı yanlış məlumat vermiş və İXM-nin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göygöl Rayon Məhkəməsinin 3(5-124)-12/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərarına əsasən X20 AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 05 (beş) gün müddətinə inzibati həbs edilmişdir. Qərardan apellyasiya şikayəti verilsə də şikayət təmin edilməmişdir. İşdə olan Göygöl Rayon Polis X10 təhqiqatçısı, polis kapitanı X9 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 18 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X19 əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, X11 İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X6 AR DİN-nin 102 xidmətinə zəng edərək anası X21 İlyasovanın döyməsi ilə bağlı yanlış məlumat vermiş və İXM-nin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 İXM-in 564–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564–cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl RPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, MN ******* saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar