Məhkəmə qərarları › İş №3(5-124)-25/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-25/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-25/2026 09.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X3 nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969–cu il tarixdə Göygöl rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X3 böyük məsləhətçi müfəttişi Nümayəndə tərəfindən Şəxs barəsində xx.xx.2026-cı il tarixdə İXMnin 262.3-cü maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Göygöl rayonu Zurnabad qəsəbəsində yerləşən Şəxs məxsus torpaq sahəsinə xx.xx.2026-cı il tarixədək Şəxs tərəfindən diametri 25 mm olan boru vasitəsilə diametri 300 mm olan Topalhəsənli magistral su xəttinə qanunsuz qoşularaq su götürülmüşdür. Bununla da, İXM-in 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X3 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Göygöl rayonu Aşağı Zurnabad qəsəbəsində keçirilmiş monitorinq zamanı çəpərlənmiş torpaq sahəsindən su təchizatı şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edilmişdir. Monitorinqdə Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X3 əməkdaşları və X11 İdarəsinin abonent şöbəsinin rəisi iştirak etmişdir. Aşkar edildikdən sonra qanunsuz qoşulma halı yerində kəsilərək akt tərtib edilmişdir. Əvvəlcə çəpərlənmiş yerdən çıxan işçi özünü şirkət nümayəndəsi kimi təqdim etmişdir. Həmin yer qaraj kimi fəaliyyət göstərir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Araşdırma aparılarkən şirkət rəhbəridə dəvət edilmişdir. Torpaq sahəsinin mülküyyətçisi Şəxs bildirdi ki, heç orda şirkət mövcud olmamışdan əvvəl su təchizatı şəbəkəsinə özü qoşulmuşdur. Orda ağacları var onları sulamaq üçün. Şəxs su təchizatı şəbəkəsinə qanunsuz qoşulması nəticəsində su məcəlləsinin, su təchizatı və tullantı sular haqqında qanunun və X9 tələbləri pozulmuşdur. Su təchizatı şəbəkəsindən su götürmək üçün müvafiq orqandan razılaşmış icazə sənədi və müqavilə olmalıdır. Şəxs iddia etmişdir ki, 4-5 aydır qoşulub. Şirkət həmin yerdə 2025-ci ilin oktyabr ayından olmuş, Şəxs isə şəbəkəyə 2025-ci ilin may ayından qoşulmuşdur. 7 aydır sudan qanunsuz istifadə etmişdir. Dəymiş zərər X11 İdarəsi tərəfindən hesablanıb. Onlar dəymiş zərərin hesablanması ilə bağlı X11 İdarəsinə məktub göndərirlər. Suvarma Sistemləri İdarəsi isə dəymiş ziyanı hesablayıb məktubla onlara göndərir. Onlar dəymiş ziyanı çıxarmırlar. Borunun diametrinə uyğun olaraq bir illik dəymiş zərər müəyyən edilir. Dəymiş zərər təqribən 3400 manat məbləğində müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, əvvəllər orada bulaq olmuş həmin bulaq suyundan istifadə etmişdir. Lakin, sonradan su dayandığı üçün məcbur olub 2025-ci ilin may ayında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan ağaclarını sulamaq üçün su təchizatı şəbəkəsinə qoşulmuşdur. Su təchizatına qoşularkən heç bir icazə almamışdır. Həmin şəbəkədən bir neçə şəxs qoşularaq istifadə etdiyi üçün oda icazə almaq lazım olmasını bilməmişdir. Sudan yay aylarında istifadə etmişdir. O, şəbəkəyə 20-25 mmlik boru ilə qoşulmuşdur. Barəsində mümkün qədər aşağı həddə cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-nin 262.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X3 böyük məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, Göygöl rayonu Zurnabad qəsəbəsində yerləşən Şəxs məxsus torpaq sahəsinə xx.xx.2026-cı il tarixədək Şəxs tərəfindən diametri 25 mm olan boru vasitəsilə diametri 300 mm olan Topalhəsənli magistral su xəttinə qanunsuz qoşularaq su götürülməsi aşkar edilmişdir. İşdə olan Şəxs tərəfindən verilmiş izahatda bildirilmişdir ki, Göygöl rayonu Zurnabad kəndində yerləşən özünə məxsus olan torpaq sahəsini 2025-ci ilin oktyabr ayından "xxxx" şirkətinə icarəyə vermişdir. İcarə ilə bağlı heç bir rəsmi sənədi yoxdur. Sadəcə şifahi razılıq əsasında bağlanılmışdır. Danışılmış şifahi müqavilədə bütün kommunal xərclər onun öhdəliyində olub və onun tərəfindən ödənilib. Şirkətə torpaq sahəsini verməkdə məqsəd onların orada maşınlarının saxlanılması və təmir məqsədilə dayanması olmuşdur. Diametri 300 mm olan Topalhəsənli su xəttinə 2025-ci ilin may ayında qanunsuz qoşulmuşdur. Qoşulma etdiyi borunun diametri 25 mm olub. Qanunsuz qoşulma ilə bağlı rəsmi müqavilə mövcud deyil. Qoşulma onun tərəfindən edilib və məsuliyyəti onun üzərindədir. Qanunsuz qoşulmasına səbəb torpaq sahəsində mövcud olan təbii bulağın quruması olub. Topalhəsənli su xətti onun torpaq sahəsinin yaxınlığından keçir. Ordan götürdüyü sudan torpaq sahəsində olan ağaclarını sulamışdır. Təxminən 2-3 il bundan əvvəl adına VÖEN olub. Həmin VÖEN-i bağlatmış və onunla bağlı fəaliyyəti yoxdur. İşdə olan foto şəkillərə baxış keçirilərkən Göygöl rayonu Aşağı Zurnabad qəsəbəsindən keçən Topalhəsənli magistral su xəttinə boru vasitəsilə qoşulma edilməsi məlum olmuşdur. İşdə olan xx.xx.2026-cı il tarixli aktdan görünür ki, 10 saylı X3 xx.xx.2026-cı il tarixli 001 saylı sərəncamı əsasında keçirilən nəzarət tədbirləri zamanı Göygöl rayonu Aşağı Zurnabad qəsəbəsinin ərazisində Göygöl-Tülallar avtomobil yolunun sol hissəsində yerləşən təsərrüfat subyekti (yükdaşıma müəssisəsi) tərəfindən diametri 300 mm olan Topalhəsənli magistral su xəttinə diametri 25 mm olan boru vasitəsilə qanunsuz qoşulma faktı aşkar olunmuşdur. X12 X2 İdarəsinin əməkdaşlarıda iştirak etmişdir. Araşdırma zamanı özünü müəssisənin əməkdaşı kimi təqdim edən şəxs (ad və soyadını təqdim etməmişdir) tərəfindən şifahi olaraq sözügedən müəssisənin "xxxx" MMC olduğunu, su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı rəsmi müqavilə bağlanmamasını və götürülmüş sudan müəssisənin daxilindəki avtoyuma məntəqəsində istifadə olunduğunu bildirmişdir. Həmin şəxs araşdırmaya aid zəruri olan sənədlərin təqdim edilməsinin səlahiyyəti xaricində olduğunu, müəssisə rəhbərliyinin Bakı şəhərində olduğunu bildirmişdir. Həmçinin aşkar olunmuş faktla bağlı əlavə məlumatlar verməmişdir. Araşdırma zamanı Göygöl Su X2 İdarəsinin əməkdaşları tərəfindən sözügedən təsərrüfat subyektinə daxil olan Topalhəsənli magistral su xəttinə qoşulmuş diametri 25 mm olan boru kəsilərək su götürülməsi halı məhdudlaşdırılmışdır. Göygöl Su X2 İdarəsindən xx.xx.2026-cı il tarixli və 3-53-2-25/2-10/2026 nömrəli daxil olmuş məktubda təşkilat üzrə 1 illik su sərfinin 3492 m3 təşkil etdiyini və 1 il ərzində 3492 manat məbləğində zərər vurulduğu bildirilmişdir. Beləliklə aşkar olunmuş qanunsuz qoşulma nəticəsində Azərbaycan Respublikasının Su Məcəlləsinin 40-cı maddəsinin, Su Təchizatı və tullantı suların haqqında Azərbaycan Respublikası qanununun 67-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş X9 46-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs özünə məxsus olan Göygöl rayonu Zurnabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə diametri 300 mm olan Topalhəsənli magistral su xəttindən diametri 25 mm olan boru vasitəsilə qanunsuz qoşularaq su götürməklə İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-nin 76.1 -ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21 -ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar