Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-29/2026 09.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X9 iclas katibliyi, 10 saylı X2 nümayəndəsi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X11 iştirakı ilə, Azərbaycan Respublikası vətəndaşı X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət X14 yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X1 daxil olmuş MN ******* nömrəli 26 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X15 xx.xx.2026-cı il tarixədək Göygöl rayonu, Zurnabad kəndində yerləşən İsayev Söhraba məxsus olan balıqçılıq obyektinə diametri 32 mm-lik boru vasitəsi ilə diametri 300 mm olan Topalhəsənli magistral su xəttinə qanunsuz qoşularaq su götürülməsi aşkar edilmişdir. 10 saylı X2 nümayəndəsi X12 məhkəmə iclasında protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Tərəflərindən monitorinq keçirilən zaman Göygöl rayon, Zurnabad kəndində Topalhəsənli magistral su xəttinə qanunsuz qoşulma faktı aşkar olunub. Daha sonra araşdırma zamanı torpaq sahəsinin X13 aid olduğu aşkar olunub. Göygöl Suların İdarəsi sisteminin əməkdaşları ilə bir yerdə qanunsuz qoşulmanın qarşısı alınıb. Tərəflərindən akt tərtib edilərək X15 protokola dəvət olunub. Su təchizatı və tullantı suları qanunda da qeyd olunub ki, hər hansı bir magistral su xəttinə qanunsuz qoşulmaq qadağandır. Qoşulmaq üçün Göygöl Suların İdarəsindən icazə alınmalıdır. X15 torpaq sahəsində balıqçılıqla məşğul olduğu üçün bu qanunsuz qoşulmanı həyata keçirmişdir. Heç bir icazəsi yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X15 çıxışında bildirmişdir ki, 2024-cü ildə aramsız yağışların yağması Topalhəsənli magistral su xəttini istifadəyə yararsız vəziyyətə salmışdır. 150 metrdən artıq su borusu daşlarla dolmuşdur. Su idarəsi o xəttin 150 metrindən istifadə edə bilmirdi. Başlanğıcdan təxminən 1000 metr aşağı hissədən su xəttini kəsib çaydan su götürürdülər. O, bir gün su idarəsinin bir əməkdaşı ilə söhbət əsnasında deyib ki, icazə verin o sudan bağını sulasın. Deyiblər ki, onsuz da su xəttinin o hissəsi yararsızdır. Onlar balıqçılıq təsərrüfatı üçün o sudan istifadə etmirlər. O, özü ilə birlikdə 5 nəfər işçi qüvvəsi aparıb, su idarəsinin Qəşəm adlı əməkdaşının şahidliyi ilə o su borusunu bərpa elədib. O, özü üçün o borunu yararlı vəziyyətə gətirib ki, bağını sulamaq üçün istifadə etsin. O, sudan indiki vaxta kimi işlətməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş: 10 saylı X2 aparıcı məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, X15 xx.xx.2026-cı il tarixədək Göygöl rayonu, Zurnabad kəndində yerləşən İsayev Söhraba məxsus olan balıqçılıq obyektinə diametri 32 mm-lik boru vasitəsi ilə diametri 300 mm olan Topalhəsənli magistral su xəttinə qanunsuz qoşularaq su götürülməsi aşkar edilmişdir. Bununla da İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli 002074 nömrəli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2026-cı il tarixli, 007 saylı sərəncamları əsasında X13 Göygöl rayonu, Zurnabad kəndində yerləşən balıqçılıq obyektinə diametri 32 mm-lik boru vasitəsi ilə diametri 300 mm olan Topalhəsənli magistral su xəttinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 09 yanvar 2026-cı il tarixli qərardada əsasən xx.xx.2026-cı il tarixli, 002076 nömrəli akt və toplanmış material üzrə Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət X14 yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X3 ünvanlanmış 13 yanvar 2026-cı il tarixli 3-21- 2-18/2-1594/2026 nömrəli məktubda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2026-cı il tari **********638900 və **********639600 AVİS nömrəli məktubların icrası ilə əlaqədar olaraq tərəflərindən araşdırma aparılmış, Göygöl-Tülallar avtomobil yolunun sol hissəsində yerləşən (koordinat: 40o30'33'' N 46°14'58" E) obyektdə X11 (VÖEN:**********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X15 izahatında bildirib ki, Göygöl rayonu, Zurnabad kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatı subyekti ona məxsus olan həyətyanı sahədə yerləşir. Balıqçılıq təsərrüfatı ilə yanaşı ərazidə bağçılıq ilə də məşğuldur. Təsərrüfat subyektində Gəncə çayının və təbbi bulaqların suyundan istifadə edib. Həmin sulardan təsərrüfatda zəruri hallarda isə məişətdə istifadə olunub. 2025-ci ilin dekabr ayının əvvəllərində məişətdə istifadə etmək üçün diamteri 270 mm olan Topalhəsənli su xəttinə 25 mm diametrli plastik boru vasitəsi ilə qoşulmuşdur. Qoşulmağına baxmayaraq ana xəttə krant qoymuş və daima bağlı olmuşdur. Həmin sudan yay vaxtı istifadə etməyi nəzərdə tutur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.2 ha torpaq sahəsi X13 məxsusdur. Azərbaycan Respublikası Dövlət X14 X16 Xidməti Publik Hüquqi Şəxs Göygöl Rayon X8 İstismarı İdarəsinin Azərbaycan Respublikası Dövlət X14 yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X3 ünvanlanmış məktubunda bildirilir ki, Göygöl rayonu, Aşağı Zurnabad qəsəbəsində yerlələşən "xxxx" MMC və “Aslanoğlu T.T." MMC tərəfindən diametri 25 mm olan boru vasitəsilə Topalhəsənli magistral su xəttinə qanunsuz qoşulma Sizin əməkdaşlar tərəfindən aşkar edilmişdir. Göygöl X8 İstismarı İdarəsində abonent kimi qeydiyyatda deyildir. Bildiririk ki, “Sudan istifadə Qaydalarının alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4 nömrəli əlavəsinə əsasən kommersiya yönümlü hər - təşkilat üzrə ayrı-ayrılıqda 1 illik su sərfi 3492 m3 təşkil edir. Göygöl X8 İstismarı İdarəsinə dəymiş zərər isə müvafiq olaraq hər bir təşkilat üzrə 3492 manatdır.Eyni zamanda müraciətlərində qeyd etdikləri fiziki şəxs X15 tərəfindən (balıqçılıq təsərrüfatı) diametri 32 mm olan boru vasitəsilə diametri 300 mm olan Topalhəsənli magistral su xəttinə qanunsuz qoşulma faktı ilə əlaqədar olaraq bildirilir ki, adı çəkilən şəxs Göygöl SMSİİ-də abonent kimi qeydiyyatda deyildir. Sudan istifadə Qaydaları"nın alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4 nömrəli əlavəsinə əsasən kommersiya yönümlü təşkilat üzrə 3 aylıq su sərfi 1548 kub metr təşkil edir. Göygöl X8 İstismarı İdarəsinə dəymiş zərər isə müvafiq olaraq 1548 manatdır. Qanunsuz qoşulma tərəflərindən dayandırılmışdır. “Elektron Məhkəmə” İnformasiya sistemində yoxlama zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, X11 adına ********** nömrəli VÖEN qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, vəzifəli şəxs olmasını nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-29/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-29/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver