Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(5-124)-30/2026 18.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Hayati Colakın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsinin YNH inspektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8ci maddələri ilə 19 noyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Söbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Colak Hayatinin inzibati xəta haqqında protokolda qeyd edilmiş ünvan 1 ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq poçt tərəfindən zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi yazılaraq məhkəmə bildirişi geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə hesab edir ki, Göygöl Rayon Polis Şöbəsinin YNH inspektoru, polis baş leytenantı X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin yuxarıda qeyd olunan normalarının tələblərinə riayət edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Həmçinin İXM-in 100.3cü maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibait xəta haqqında protokoldan göründüyü kimi, zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surəti verilməsi barədə protokolda heç bir qeyd aparılmamışdır. Barəsində inzibati xəta haqqqında iş üzrə icraat aparılan Colak Hayatiyə inzibati xəta haqqında protokolun surətinin verilməsi onun imzası ilə təsdiq olunmamışdır. İXM-in 100.4-cü maddəsində inzibati xəta haqqında protokolun imzalanmasına dair tələb təsbit edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin inzibati xəta haqqında protokolda bu barədə qeyd aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ünvanı düzgün qeyd edilmədiyindən və onun şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilmədiyindən onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə təqdim olunduğundan, Colak Hayatinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Göygöl Rayon Polis Şöbəsinin YNH inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Göygöl Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hayati Colak barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş 19 noyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Göygöl Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(5-124)-30/2026
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(5-124)-30/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver