Məhkəmə qərarları › İş №3(5-124)-31/2026

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(5-124)-31/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(5-124)-31/2026 30.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: X6 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək X7, X2 təmin edilməsi və Avtomobil yollarından İstifadə Qaydaları olan inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 07:41 radələrində yuxarıda göstərilən avtomobillə Göygöl şəhəri, A.Hacıyev küçəsi ilə hərəkətdə olan zaman, Göygöl rayon PŞ-nin Yol Patrul Xidməti X1 ona dayanma nişanı verib. O, idarə etdiyi yuxarıda göstərilən avtomobili saxlayıb. Bu zaman Göygöl PŞ-nin YPX inspektoru Vüsal Qurbanov ona özünü təqdim etmədən, uca səslə deyib ki, niyə avtomobili saxlamır. Cavab olaraq Vüsal Qurbanova bildirib ki, saxla nişanı verdin, inəndə tabe olaraq saxladım. Əlavə olaraq bildirib ki, ona protokol tərtib edəcək, cəzalandıracaq. O, Vüsal Qurbanova bildirib ki, heç bir xəta törətmədiyi halda, nə deyib ona protokol tərtib edəcək. O, kinayə ilə ona deyib ki, get hara istəyirsən şikayət et, onun şikayətinə heç kim baxmayacaq. O, nə yazsa hamı onu təsdiq edəcəkdir. Sonra ona məlum olub ki, barəsində protokol tərtib olunmuş, daha sonra qərar qəbul olunmuşdur. O, bu barədə aidiyyəti orqanlara şikayətlər edib, daha sonra məhkəməyə şikayət etməyi məsləhət olunub. Polis heç bir obyektiv araşdırma aparmadan qanunsuz olaraq qərar qəbul etmişdir. Qeyd edir ki, inzibati qərar həqiqəti özündə əks etdirmir. Bu səbəbdən aşağıda göstərdiyi sübutlar əsasında ləğv edilməlidir. Şikayəti və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126-cı maddəsinə əsasən 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7, X2 təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəyə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5-1-ci maddəyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Hazırki halda inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə qeyd edir ki, şikayətçi mübahisələndirilən inzibati tənbeh tətbiqi haqqında qərardan qeyd edilən şikayət vermə müddətini ötürmüşdür. Belə ki, mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, lakin məhkəməyə təqdim edilən şikayətə əlavə edilmiş zərfdən xx.xx.2026-cı il tarixdə poçt məntəqəsinə şikayətin təqdim edilməsi müəyyən olunmuşdur. Şərh edilənlərə əsasən hesab edirəm ki, şikayətə qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmədə baxılması mümkün görünmədiyindən, X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiqinin ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 132-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası Göygöl rayon X10 Patrul Xidməti X1 barəsində çıxarmış olduğu xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiqi haqqında qərarından X6 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar