Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-34/2026 09.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 nümayəndəsi Nümayəndə1, Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl RPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla X3 “VAZ 21070” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2025-ci il tarixdə saat 17:02-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X3 xx.xx.2026-cı il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 20 günlük müddətin buraxılmasının səbəbini üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞ-nin xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Göstərilən qərarla Göygöl rayon DYPŞ-si tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh olunmuşdur. Həmin qərarın surətini o, Göygöl Rayon DYPŞ-dən xx.xx.2026-cı il tarixdə almışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 17.00 radələrində oğlu X2 adına olan VAZ-21070 markalı 25BK965 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edərək Göygöl rayonu Ayaz Kazımov küçəsi ilə hərəkət edərkən Göygöl rayon Prokurorluğun qarşısında “Qazel” markalı avtomaşının dayandığını görərək bir qədər yolun əks istiqamətli hərəkət zolağına yıxmaqla ötmə qaydalarını edərək hərəkət etməyə davam etmişdir. Bu səbəbdən də inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə təyin edilmişdir. Hesab edir ki, X9 Şöbəsi tərəfindən "inzibati tənbeh vermə haqqında" qərar yazmaqda haqlı olmamışlar. Belə ki, o, həmin vaxt xarab olan "Qazel” markalı avtomobilin yolun ortasında dayanmış vəziyyətdə olduğu halda neyləməli idi? Oturub həmin avtomobilin nə vaxt düzəlib yoldan çıxmasını gözləməli idi? Lakin buna baxmayaraq X8 tərəfindən günahkar hesab edilmişdir. O, polisə gedib bunları bildirərək müşahidə kamerasından görüntülərin çıxarılmasını tələb etmişdir, lakin ona bildirmişlər ki, uzun müddət keçdiyindən kamerada olan görüntülər qalmamışdır. Göygöl rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli "inzibati tənbeh vermə haqqında" qərarını qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Elməddin onun oğludur. Göygöl rayonunda Ayaz Kazımov küçəsində hərəkətdə olarkən Göygöl rayon Prokurorluğun qarşısında “Qazel” markalı avtomaşının dayandığını görərək bir qədər yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını edərək hərəkət etməyə davam etmişdir. Topalhəsənli kəndinə gedib qayıtdıqdan sonra da Qazel markalı avtomaşının orda olduğunu bildirdi. Qeyd etdi ki, maşın oğlunun adınadır, ona etibarnamə verib. Maşını idarə edən o olub. Oğlu 1 ildir ki, Moskva şəhərində işləməyə gedib. Maşını satmaq qərarına gəlib, onda bilib ki, maşının cəriməsi var. Qərarı xx.xx.2026-cı il tarixdə aldığını bildirdi. Qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, hadisənin vaxtından 1 aydan çox müddət keçdiyinə görə DİN BDYİdə olan videogörüntülərin silinmişdir. Məhkəməyə 1 ədəd fotoşəkil təqdim etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2– ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Əlavə edilmiş foto görüntülərdən görünür ki, kamera nömrə: B25D9168B1350F5B vasitəsi ilə X3 idarə etdiyi “VAZ 21070” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2025-ci il tarixdə saat 17:02-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması əks olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa nəzər saldıqda görünür ki, X3 inzibati xəta hadisəsi baş verən vaxtı ölkə ərazisində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 327.2–ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinə əsasən: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 51-ci maddəsinə əsasən: V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. 69-cu maddəsinə əsasən: Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir; 3) 1.5—1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir; 4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları birbirinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar; 6) 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X3 “VAZ 21070” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2025-ci il tarixdə saat 17:02-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı inzibati xəta haqqında qərarla 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl RPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30108142 saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-34/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-34/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver