Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-38/2026 16.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X10 nümayəndəsi Nümayəndə iştirakı ilə, “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsini DYPB-nin polis mayoru X9 tərəfindən “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X10 barəsində xx.xx.2026-cı il tarixdə İXM-nin 347-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X17 06 yanvar 2026-cı il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində təqdim etməmişdir. Bununla da hüquqi şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsi xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X17 məhkəməyə etiraz göndərərək bildirmişdir ki, Göygöl RMX PHŞ-nin mülkiyyətində və ya istifadəsində hər hansı nəqliyyat vasitəsi mövcud deyil. **- AC-*** dövlət qeydiyyat nişanlı, UAZ 39094 markalı yük avtomobili xəstəxananın balansında heç vaxt olmamışdır. Digər tərəfdən, **-AC-*** dövlət qeydiyyat nişanlı, UAZ 452 markalı furqon tipli nəqliyyat vasitəsi 10 oktyabr 2024-cü il tarixində Göygöl RMX PHŞ-nin mülkiyyətindən çıxarılaraq, "Respublika Təcili və X7 Mərkəzi" PHŞ-nin balansına verilmişdir. Bununla bağlı, xx.xx.2024-cü il tarixdə Göygöl RMX PHŞ tərəfindən Göygöl rayonu ərazisində fəaliyyət göstərən bütün idarə və təşkilatlara, o cümlədən Göygöl Rayon Polis Şöbəsinə, təcili X7 xidmətləri ilə, həmçinin təcili yardım avtomobilləri ilə bağlı olan bütün sorğu və müraciətlərin RTTTYM PHŞ-yə ünvanlanlanması xahiş edilmişdir. Nəzərinizə çatdırırıq ki, AR İnzibati Xətalər Məcəlləsinini 347-ci maddəsinin tələbləri Göygöl RMX PHŞ tərəfidən pozulmamışdır. Belə ki, Göygöl Rayon Polis Şöbəsi tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq "Göygöl Rayon Mərkəzi Xəstəxanası" X16 rəhbərliyininə sorğu daxil olmamışdır. Odur ki, "Göygöl Rayon Mərkəzi Xəstəxanası" X16 barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X16 ümumi şöbəsinin müdiri Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərdi ki, Göygöl Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol nöqsanlarla tərtib edilmişdir. Belə ki, Göygöl RMX PHŞ-nin mülkiyyətində və ya istifadəsində hər hansı nəqliyyat vasitəsi mövcud deyil. Həmçinin xəstəxanada sürücü vəzifəsi yoxdur. Məktub onlara daxil olmamışdır. Həmin ünvanda Göygöl Rayon Mərkəzi xəstəxanası ilə birgə X18 Mərkəzi və Ekspertiza Şöbəsi yerləşir. Həmin məktub X19 Şöbəsinə daxil olmuşdur. Ümumiyyətlə 2024-cü ilin 01 oktyabr tarixindən X14 yarandıqdan sonra xəstəxananın balansında olan bütün avtomobillər balansdan çıxarılaraq X18 Mərkəzinə verilmişdir. Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş məktub TTTYS-nın bölmə müdiri Fazil Qurbanov tərəfindən cavablandırılmış hətta nəqliyyat vasitəsinin sürücüsü belə polis şöbəsinə göndərilmiş və sürücü özü araşdırmada iştirak etmişdir. X18 Mərkəzi xəstəxanasının tabeliyində deyil. Respublika Təcili Təxirə X15 Mərkəzi publik hüquqi şəxs yaradılmış və özünün regional bölmələri və rayon şöbələri var. Göygöl Regional bölməsinin müdiri Fazil Qurbanovdur. Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş məktubu onlar qəbul etmiş özləridə baxmışlar. Həmçinin 16 aydır ki, Göygöl Rayon Mərkəzi xəstəxanasının nə mülkiyyətində nədəki istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur. Bu barədə Göygöl Rayon Mərkəzi xəstəxanası tərəfindən Göygöl Rayon İcra Hakimiyyətinə və əlaqədar bütün müəssisələrə elektron sistem vasitəsilə məktublar ünvanlanmışdır ki, nəqliyyat vasitələri ilə bağlı məlumatları Respublika Tibbi Yardım Mərkəzinin Göygöl rayon şöbəsinə ünvanlansın. Göygöl Rayon Polis Şöbəsində kifayət qədər sənədlər varkı, Göygöl Rayon Mərkəzi Xəstəxanasının mülküyyətində və istifadəsində nəqliyyat vasitəsi yoxdur. Odur ki, "Göygöl Rayon Mərkəzi Xəstəxanası" X16 barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "Göygöl Rayon Mərkəzi Xəstəxanası" X16 nümayəndəsini dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "Göygöl Rayon Mərkəzi Xəstəxanası" X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan, Göygöl Rayon Polis Şöbəsinin DYPB tərəfindən "Xanlar Rayon Mərkəzi Xəstəxanasına" sorğu məktubu ünvanlanmış və həmin məktubda xx.xx.2025-ci il tarixdə saat 07:42-də Xanlar Rayon Mərkəzi Xəstəxanasının mülkiyyətində olan “UAZ 39094” YÜK markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə 5 gün müddətində rəsmi məlumat verilməsi, əks halda hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. İş materiallarında olan həmin məktuba əlavə edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, həmin xəbərnamədə sorğunun “Əliyev Ə” adlı şəxsə imza etdirilməklə xx.xx.2026-cı il tarixdə təqdim edilməsi qeyd olunmuşdur. İşdə olan Göygöl TTTYS-nin bölmə müdiri Fazil Qurbanov tərəfindən Göygöl Rayon Polis Şöbəsinə ünvanlanmış məktubda bildirilmişdir ki, xx.xx.2025-ci il tarixində saat 07:42də UAZ 39094 yük markalı 25-AC 213 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X8 tərəfindən Daşkəsən rayonu Gəncə-Daşkəsən rayonu Yeni Qızılca kəndi ərazisində müəyyən edilmiş hərəkət sürətini 23/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması haqqında həmin nəqiliyyat vasitəsini idarə etmək hüququnda olan sürücü, ünvan 5 ünvanında yaşayan X4 məlumat verilmişdir. Mobil telefon: **********. Sürücülük vəsiqəsinin seriya və nömrəsi: BC152067. Əlavə olaraq **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "Respublika Təcili və X7 Mərkəzi" X10 mülkiyyətində olması bildirilmişdir. İşdə olan Göygöl TTTYS-nin bölmə müdiri Fazil Qurbanov tərəfindən Göygöl Rayon Məhkəməsinə verilmiş arayışda bildirilmişdir ki, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrinin İdarəetme Birliyi" X16 15 yanvar 2026-cı il tarixli 18-1/2-300/2026 nömrəli məktubuna əsasən AR DİN Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş sorğuya asasən, inzibati xəta pozuntularının dərhal aradan qaldırılmasını və gələcəkdə bu kimi pozuntulara yol verilməməsini temin etmek üçün AR DİN BDYPİ tərəfindən müraciətin qoşmasında teqdim edilmiş siyahıda dövlət qeydiyyat nişanı göstərilən, "RTTTYM" PHŞ-nin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücü barədə məlumatların təqdim edilməsi təmin edilir. xx.xx.2025-ci il tarixində saat 07:42-də UAZ 39094 yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsini idarə eden sürücü X8 tərəfindən Daşkəsən rayonu Gəncə-Daşkəsən rayonu Yeni Qızılca kəndi ərazisində müəyyən edilmiş hərəkət sürətini 23/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması haqqında həmin nəqiliyyat vasitəsini idare etmek hüququnda olan sürücü, ünvan 5 ünvanında yaşayan X5 məlumat verilmişdir. Mobil telefon: **********. Sürücülük vəsiqəsinin seriya ve nömrəsi: BC152067. Əlavə olaraq bildirilmişdir ki, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Respublika Tecili ve X7 Merkəzi" X10 mülkiyyətindədir. X1 törətdiyi inzibati xəta haqqında olan məlumatı daxil olduqdan dərhal sonra Göygöl rayon Polis şöbəsinin X21 bölməsinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə təqdim olunmalı və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırkı inzibati xəta haqqında protokolda “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən 06 yanvar 2026-cı il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində təqdim etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törədilməsi qeyd edilsə də, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Göygöl Rayon Polis Şöbəsi tərəfindən sorğu “Xanlar Rayon Mərkəzi Xəstəxanası”na ünvanlanmış, məktub Göygöl TTTYS-nın bölməsi tərəfindən qəbul edilmiş və Göygöl TTTYS-nın bölməsinin müdiri Fazil Qurbanov tərəfindən sorğu cavablandırılmış və məktubda qeyd edilmiş UAZ 39094 yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsi Göygöl TTTYS-nın istifadəsində olması bildirilmiş. “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X10 mülküyyətində və istifadəsində sorğuda qeyd edilən nəqliyyat vasitəsi olmamış və polis tərəfindən edilmiş sorğu “ Xanlar Rayon Mərkəzi Xəstəxanası”na ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən inzibati xətanın törədilməsi halı sübut olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X10 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(5-124)-38/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-38/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver