Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-40/2026 16.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X2 Şəxs tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 452.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X2 Şəxs tərəfindən Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsi kəsişməsində olan “Moskva” marketin sağ tərəfi ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2026-cı il saat 12:30-da növbədənkənar yoxlama zamanı resept təqdim edilməklə buraxılan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilmişdir. Ona görə də hüquqi şəxs Şəxs barəsində İXM-in 452.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC tərəfindən Göygöl Rayon Məhkəməsinə ərizə ünvanlanaraq işə onların iştirakı olmadan baxılmasını və təqdim etdikləri etirazdakı vacib məqamları nəzərə almaqla iş ürə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Şəxs tərəfindən Göygöl Rayon Məhkəməsinə ünvanlanmış etiraz ərizəsində göstərilmişdir ki, , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda və yoxlama aktının QEYD hissəsində "xxxx" MMC tərəfindən 'Ko Amlessa" adlı dərman vasitəsinin reseptsiz olaraq satıldığı üçün barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin AR İXM-nin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyi aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən sözügedən inzibati xəta törədilməmişdir və bu İş üzrə materiallarla sübut olunmur. Protokola etiraz olaraq əsas məqamları və yoxlama zamanı yol verilmiş qanun pozuntularını aşağıdakı formada diqqətinizə çatdırmaq istərdik: 1. Belə ki, sözügedən protokolun tərtib edilməsinə reseptsiz dərman vasitəsinin satılması faktı səbəb olmuşdur. Lakin SN AEM tərəfindən şikayətdə sözügedən faktı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, inzibati məsuliyyət o halda yaranır ki, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələn reseptsiz buraxılsın. Buraxılma halı isə dərman vasitəsinin satılması faktı ilə öz təsdiqini tapa bilər. Lakin nə inzibati xəta haqqında protokol tərtib edilən zaman, nə birinci instansiya məhkəməsindəki icraat zamanı səlahiyyətli orqan tərəfindən dərman vasitəsinin reseptsiz satılması halını təsdiq edən heç bir sübut təqdim edilə bilməmişdir. Buna görə də Səhiyyə Nazirliyi tərəfindən bir daha başqa ehtimala əsaslanmaqla tərtib olunmuş protokol tam əsassızdır. 2. Dərman vasitəsinin reseptsiz satılması faktı yalnız o dərman vasitəsi satıldığı halda baş verə bilərdi. Bu halı təsdiq edən sübut isə nəzarət kassa aparatının satış çekidir. İş materiallarına nəzər yetirdikdə həmin halı təsdiq edən heç bir sübutun inzibati orqan tərəfindən məhkəməyə təqdim edilə bilmədiyini görmək mümkündür. 3. İş materiallarına yalnız aptekin kompüterində öz əksini tapmış dərman vasitəsinin fotosu əlavə edilmişdir. Həmin fotonun hansı texniki vasitə tərəfindən və hansı tarixdə qeydə alınması da iş üzrə materiallardan aydın olmur və reseptlə buraxılmalı olan dərman vasitəsinin resept təqdim edilməməklə buraxılması və satılması faktını sübut edə bilməz. Həmçinin, həmin sübutun mötəbər olmadığını da qeyd etmək lazımdır. Belə ki, inzibati xəta haqqında protokola nəzər yetirsək görərik ki,Yoxlama xx.xx.2026-cı il, saat 12:30-da keçirilsə də iş materiallarına əlavə edilmiş komputerdən çıxarışda sistem xx.xx.2026-cı il, saat 21:04:02 tarixini göstərir. Bununla da bir daha sübut olunur ki, inzibati orqan inzibati xətanın törədilməsi faktını heç bir mötəbər sənədlə sübuta yetirə bilməmişdir. İXM-nin 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunsuz yolla əldə edilmiş sübut mötəbər hesab edilə bilməz və şəxsin təqsirliliyinin əsaslandırılması üçün istifadə oluna bilməz. Təqdim edilmiş 1C çıxarışları qanunsuz yolla əldə edildiyindən və yoxlama aparıldığı vaxt əldə edilmədiyindən, onlar sübutlar siyahısından xaric edilməlidir və onların istifadə edilməsinə yol verilmir. Bu isə öz növbəsində inzibati xəta haqqında protokolu tamamilə sübutsuz qoyur və tək bu əsasla belə iş üzrə icraata xitam verilməlidir. 4. Buradan belə nəticəyə gəlmək olar ki, AR İXM-nin 452.1-ci maddəsinin tələblərinin pozulması halı aşkar olunmur. Eyni zamanda, sözügedən halın bundan əlavə hər hansı başqa sübutlarla da təsdiq olunmaması “Dokta" MMC-nin əməlində AR İXM-nin 452.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibinin olmadığı təsdiq olunur. Belə olduğu halda, "xxxx" MMC-nin əməlində AR İXM-nin 452.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibinin olmadığı təsdiq olunur. AR İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd olunanları və AR İXM-nin 135-ci maddəsində qeyd olunan əsasların mövcud olmamasını nəzərə alaraq. XAHİŞ EDİRLƏR: AR Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilsin. Protokol tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X2 Şəxs Göygöl şəhəri A.Kazımov küçəsi ilə A.Hacıyev küçəsinin kəsişməsində yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında planlı yoxlama keçirilmiş, yoxlama zamanı dərman vasitələrinin buraxılışında həkim resepti əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 08.10.205-ci il tarixli, KY262482049 saylı çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsi kəsişməsində olan “Moskva” marketin sağ tərəfi ünvanında yerləşən aptekdə yoxlamanın müddəti xx.xx.2026-cı il tarixdə başlayır və xx.xx.2026-cı il tarixdə başa çatır. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsi kəsişməsində olan “Moskva” marketin sağ tərəfi ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2026-cı il saat 12:30-da növbədənkənar yoxlama zamanı resept təqdim edilməklə buraxılan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilmiş, nəticədə Şəxs tərəfindən İXM-in 452.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş komputer ekran çıxarışdan görünür ki, Aqneteks Forte №60 və Ko Amlessa 8 mq 5 mq 2,5 mq №30 dərman vasitələri komputer ekranında əks olunmuşdur. Məhkəmə iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Hazırki halda xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsi kəsişməsində olan “Moskva” marketin sağ tərəfi ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2026-cı il saat 12:30-da növbədənkənar yoxlama zamanı resept təqdim edilməklə buraxılan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75.0-ci maddəyə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X2 Şəxs tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxsnın əməlində İXM-in 452.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X2 Şəxs tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-40/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-40/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver