Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-41/2026 04.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş orqan Göygöl Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1969-cu ildə Göygöl rayonu Qızılca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, gözətçi işləyən, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 510 və 535.1-ci maddələri ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Göygöl Rayon Məhkəməsinin həyətində uca səslə nalayiq ifadələrdən istifadə edərək polisin qanuni tələblərinə məhəl qoymamışdır. Göygöl RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə izahat verərək bildirdi ki, Göygöl RPŞ-nin növbətçi hissəsinə zəng edərək Xaləddin adlı şəxsin məhkəmənin inzibati binasında səs-küy saldığı bildirilib. Hadisə yerinə gələrək Xaləddin adlı şəxsi nizam intizama dəvət etmişlər, lakin o tabe olmamış, şəxsi avtomobilini yandırmaq istəmiş, yalnız rəisi müavini gəldikdən sonra polis şöbəsinə gətirə bilmişlər və barəsində protokol tərtib olunub. Qeyd etdi ki, o, şəxsi avtomobilini Göygöl Rayon Məhkəməsinin həyətində saxlayaraq yanacaq tökmüş və yandıracağını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməmiş, ifadə verməkdən yayınmış, sonrada əməldən peşman olduğunu bildirdi. Hazırki inzibati iş üzrə ifadələri axıcı və məntiqli olmamış, yalnız maddi imkanı olmadığını, borcu olduğunu, arvadının onkoloji xəstə olduğunu, barəsində verilmiş cəriməni ödəyə bilməməsini bildirmiş, bu səbəbdən də nə etdiyini bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahat verərək Şəxs əməlindən peşman olduğunu bildirmiş, yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Göygöl Rayon Məhkəməsinin inzibati binasında mühafizə polisidir, xidmətdə olarkən görmüşdür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin inzibati binasına gələrək ona qanunsuz cərimə yazıldığını bildirərək səs-küy salmış, avtomobilinin üzərinə yanacaq tökərək maşını yandıracağını bildirmişdir. Yaxınlaşıb nizam-intizama dəvət olunmasına baxmayaraq məhəl qoymamış, qanunsuz hərəkətlərinə davam etmişdir. Onun maşını yandırmasının qarşısını almağa çalışmış, bütün cəhdlərinə baxmayaraq şəxs əməlindən yayınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən saat 12 radələrində adı sonradan məlum olan Xaləddin adlı şəxs məhkəmənin binasına gələrək səs-küy salmış, avtomobilini yandıracağını bildirmişdir. Nizam-intizama dəvət olunmasına baxmayaraq məhəl qoymamış qanunsuz hərəkətlərinə davam etmişdir. Məhkəmə hakiminin çölə çıxmasını, habelə, onun cəriməsini ödəməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən saat 12 radələrinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında səs-küy gəldiyini eşidərək çölə çıxmış adı sonradan ona məlum olan şəxsin avtomobilin üzərinə yanacaq töküb yandırmaq istədiyini görmüşdür. Barəsində akt tərtib olunaraq polis əməkdaşları tərəfindən Göygöl RPŞ-ə aparılmışdır. Nizam-intizama həm özləri, həm polis əməkdaşları tərəfindən dəvət olunsa da əməlindən yayınmamışdır. Göygöl rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli aktda göstərilmişdir ki, aşağıda imza edənlər-Göygöl rayon icra və probasiya şöbəsinin icra məmurları Şahid2, Şahid1, Göygöl rayon Mühafizə polisinin əməkdaşı Şahid3, Göygöl Rayon Məhkəməsinin əməkdaşı X4 bu aktı ondan ötrü tərtib edirlər ki, adı onlara sonradan məlum olan Şəxs Göygöl rayon Məhkəməsinin inzibati binasının yerləşdiyi həyətə idarə etdiyi “** CZ ***” dövlət qeydiyyat nişanlı avtomaşınla daxil olaraq avtomaşının üzərinə benzin tökərək yüksək səslə ifadələr səsləndirməklə nalayiq hərəkətlər etmiş, tərəflərindən Şəxs nizam-intizama dəvət edilsə də, o, öz hərəkətlərinə davam etmiş, nəticədə Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılması təmin edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 575/2026 saylı tibbi müayinə protokolunda Şəxs ayıq vəziyyətdə olduğu, ağızdan azacıq alkoqol iyi gəlməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 510-cu maddəyə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi şahid ifadələri və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə məhkəmənin inzibati binasında inzibati işin gedişinə maneə olmuş, uca səslə, ətrafa məhəl qoymadan məhkəmə, məhkəmə işçiləri və hakim barəsində ifadələr işlətmiş, inzibati binada işin gedişini pozmuş, ərtafda olan şəxslərə məhəl qoymamış, özünə məxsus avtomobilin üzərinə benzin törərək məhkəmənin həyətində yandırmaq istəmiş, bunun qarşısı alınmışdır. Habelə, ilkin olaraq mühafizə polisinin, hadisə yerinə çağrılmış xidmətdə olan polis nəfərlərinin qanuni tələblərinə məhəl qoymamış, həmin yeri tərk etməmiş, yalnız bir müddət sonra rəis müavini gəldikdən sonra polis əməkdaşları ilə getmişdir. Bu əsasla AR İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, AR İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. AR İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən etməmişdir. AR İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli xx.xx.2026-cı il tarixdən saat 14:55-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon X3 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-41/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-41/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver