Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-42/2026 16.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 28 yanvar 2026-cı il tarixdə saat 10:24 radələrində Göygöl şəhəri ərazisində idarə etdiyi 20EE682 nömrəli mikro avtobus sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi saxlanan zaman sənədlərin təqdim edilməsi tələb edilsə də həmin sənədləri təqdim etmədiyinə görə sonuncunun barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında 28 yanvar 2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, Göygöl şəhər ərazisində aparılan yoxlama zamanı 20EE682 dövlət qeydiyyat nömrə nişanlı Mersedes markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs əməkdaşların xidməti vəzifəsini yerinə yetirməyə mane olaraq və qanunvericiliklə müəyyən olunmuş tələb olunmuş sənədləri təqdim etməmişdir. Bununla əlaqədar olaraq vətəndaş barəsində protokol tərtib edilmiş və protokol ilə tanış olmadığı üçün tərəflərindən akt tərtib edilmişdir. Bildirdi ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş buraxılış vəsiqəsini, kartını, fərqlənmə nişanını və texniki müayinə vəsiqəsini təqdim etməlidir. Protokolun təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, protokola etiraz edir. Sənədləri, buraxılış kartını, vəsiqəsini təqdim edib. Olmayan sənədi deyib ki, özləri maraqlansınlar. Sistemdə bütün məlumat var. Protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilən cd diskdə olan videoya baxış keçirildi. Video görüntüdə Şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sənədlərin təqdimi tələbini tam yerinə yetirməyərək avtomobili sürüb getməsi müəyyən olunur. İnzibati işin materiallarına əlavə edilmiş: 28 yanvar 2026-cı il tarixli Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı protokola əsasən 20EE682 dövlət qeydiyyat nömrəli “Mersedes” markalı mikro avtobus sürücüsü saat 10:24 radələrində Göygöl şəhəri ərazisində yoxlama zamanı tələb olunan sənədləri, fərqlənmə nişanını təqdim etməyib. Nəticədə Şəxs İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2026-cə il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin inspektoru X3, böyük inspektor X1 və kiçik inspektor X8 bu aktı tərtib edir ondan ötəri ki, Göygöl şəhər ərazisində aparılan yoxlama zamanı 20EE682 dövlət qeydiyyat nömrə nişanlı Mersedes markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmiş, bu zaman əməkdaşların xidməti vəzifəsini yerinə yetirməyə mane olaraq və qanunvericiliklə müəyyən olunmuş tələb olunmuş sənədləri təqdim etməmişdir. Bununla əlaqədar olaraq vətəndaş barəsində protokol tərtib edilmiş və protokol ilə tanış olmadığı üçün tərəflərindən akt tərtib edilmişdir. Protokolun 1-ci nüsxəsi baxılması üçün aidiyyəti orqana, 2-ci nüsxəsi məlumat üçün poçt vasitəsi ilə vətəndaşa göndərilmişdir. AR İXM-nin 552-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində AR İXM-nin 552-ci maddəsi ilə müəyyən edilən inzibati xəta tərkibi iş materialı ilə təsdiqini tapmışdır. Odur ki, Şəxs barəsində AR İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinərək maddədə nəzərdə tutulan 50 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-42/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-42/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver